Cümə günü, 09 oktyabr 2026
     

Nitq və eşitmə qüsurlu insanlar da filmlərimizə baxa biləcək…

Image


Nərgiz Allahverdiyeva: “Hesab edirəm ki, bu layihə davam edəcək və daha yeni filmlər işarət dili ilə…”

Xəyalə Rais: “Tarixi filmlərdən də seçib işarət dilində bu qəbildən olan tamaşaçılara təqdim etmək olar”

 

Nitq və eşitmə qüsurlu insanlar cəmiyyətin həssas təbəqəsinə mənsubdur. Onların öz fikirlərini ətrafa çatdırması, yaxud ətrafdakıların düşüncələri ilə tanışlıq, fikir mübadiləsi aparmaq sahəsində xeyli dərəcədə çətinlikləri var. Bu qəbildən olan insanlar çox şey bilmək istəyir, normal insanlar kimi dünyada baş verən yenilikləri öyrənməyə can atırlar. Bu da təbii haldır.

Nitqində və eşitməsində əngəl olan insanların mədəniyyətə, kino və musiqi sahəsinə bələd olmasında ciddi problemlər olsa da, bunun aradan qaldırılması istiqamətində sosial-psixoloji layihələr, tədbirlər həyata keçirilir. Son zamanlar çəkilən və artıq nümayişinə başlanan milli “Xənnas” filminin nitq və eşitmə qüsurlu insanlara təqdim edilməsi bu layihələrin tərkib hissəsi sayılmalıdır. Film danışma və eşitmədən uzaq olan insanlara işarə dili ilə çatdırılıb. Sözün işarəyə çevrilməsi sözsüz ki, xeyli çətindir, amma sənətin bütün insanlar tərəfindən anlaşılması olduqca vacibdir.

Film  “Human Foundation” qurumunun nəzdində fəaliyyət göstərən “Human Deaf Community” ilə Nizami Kino Mərkəzi tərəfindən eşitmə və danışma məhdudiyyətli insanlarla işarət dilinə tərcümə edilib. Filmi işarət dilinə tərcümə edən “Human Deaf Community”nin üzvü Nuranə Abıyeva və işçi komanda üzvləri sözsüz ki, böyük əziyyət çəkiblər.

Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə davamlı olaraq surdotərcüməli filmlər “Human Deaf Community”nin  layihəsi əsasında və Nizami Kino Mərkəzinin dəstəyi ilə təmənnasız nümayiş olunur.

Psixoloq Nərgiz Allahverdiyeva bizimlə söhbətində bu layihənin nitq və eşitmə qüsurlu insanların cəmiyyətə daha ürəkli şəkildə inteqrasiya etməsinə böyük təkan olduğunu bildirdi. Onun sözlərinə görə, görmə qüsurlu, danışma və eşitmə əngəlli insanlar daha həssas olduqları üçün, onlara yanaşma fərqli olmalıdır: “Belə bir layihənin həyata keçirilməsi olduqca yaxşıdır. Danışma və eşitmə əngəli olan insanlar təbii ki, kömək olmadan vizual sənət növlərinə baxmaqdan, ekranda baş verənlərdən xəbərsizdirlər. Onların özlərinin xüsusi dili var, bu, işarət dilidir, əlifbaları da fərqlidir. Onlar daktil əlifbası keçirlər. Ümumiyyətlə, lal və karlar öz fikirlərini çatdırmaqda həmişə çətinlik çəkirlər. Bu cür layihələr onların duyğularına müsbət təsir edir. Bu filmin işarət dilində təqdim edilməsi nitq və eşitmə qüsurlu insanların kino həyatı ilə tanış olmasına şərait yaratdı. Hesab edirəm ki, bu layihə davam edəcək və daha yeni filmlər işarət dili ilə eşitmə və danışma əngəlli insanlara təqdim ediləcək. Bu cür sosial-mədəni layihələr davamlı xarakter almalıdır”.

Teatrşünas Xəyalə Raisin də sözlərinə görə, belə layihələr mövsümi xarakter daşımamalıdır. O, hesab edir ki, sosial-mədəni layihələr hazırlanarkən nitqində və  eşitməsində qüsur olan insanların maraqları da nəzərə alınmalıdır: “İşarət dilinin özü bir elmdir. Nitqi olmayan və eşitmədən məhrum olan insanlar normal insanlara nisbətən daha həssas olurlar. Bu baxımdan onlara xüsusi münasibət göstərilməlidir. Bütün dünyada bu cür insanlar mədəni, sosial layihələrə cəlb edilir, televiziya proqramlarına qatılır. Onlar üçün işarət dili ilə filmlərin təqdim edilməsi ənənəsinin yaranması olduqca vacibdir. Çünki onların buna ehtiyacı var. Bilirsiniz ki, Dövlət Pantomim Teatrında işarə dili ilə danışılır. Bu da lal və karları bu teatra cəlb edir. Burada ancaq əl işarəs rol oynamır, həm də dodaq tərpənir, üz cizgiləri dəyişir. Bu da nitqi olmayan, eşitmə qabiliyyətindən məhrum olan insanlara daha bitkin informasiya ötürür. Bilirsiniz ki, bu filmin belə insanlara işarət dili ilə təqdim edilməsi ənənəsinin yaradılması kinomuzla, mədəniyyətimizlə onları tanış etməyə xidmət edir. Əlbəttə, bu müsbət haldır. Görürsünüz ki, artıq bir sıra yerli kanallarda, eləcə də dünya televiziyalarında surdo-tərcüməçilər fəaliyyət göstərirlər. Onlar əsasən xəbər tipli proqramlarda işləyirlər. Bu aparıcılar danışma və eşitmə qabiliyyəti olmayan insanlar üçün danışırlar. Belə demək mümkünsə, işarət dili ilə danışmağı bacaran mütəxəssislər nitq və eşitmə qabiliyyəti olmayanların həm ağzı, həm də dilidir. Buna bu cür yanaşmaq olar. Mənə belə gəlir ki, tarixi filmlərdən də seçib işarət dilində bu qəbildən olan tamaşaçılara təqdim etmək olar. Artıq bu sahədə peşəkar tərcüməçi və yaradıcı qrup var. Onların işinə dəstək olmaq lazımdır”.

X.Rais hesab edir ki, nitq və eşitmə qüsurlu insanların həyata baxışını formalaşdırmaq üçün onların tələbatını, zövqünü ödəyən layihələrin həyata keçirilməsi arzuediləndir.

Müsahibimizin dediyinə görə, baxdıqları film lal və karların dünyagörüşünə təsir edir: “Əslində, xüsusi kateqoriya altında onların özlərinin həyatından da film çəkib göstərmək olar. Yəni onlar özlərini orada daha aydın görə bilərlər. Ümumilikdə, bu qrupa aid olan insanlar üçün ayrıca film nümayişlərinin təşkil edilməsi müsbət haldır. Düşünürəm ki, işarət dilinə çevrilən “Xənnas” filmini bölgələrdə də, Bakının digər kino məkanlarında da təqdim etmək lazımdır ki, buna daha çox tamaşaçı baxa bilsin”.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ