Cümə günü, 09 oktyabr 2026
     

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın arxeoloji qılınclar sərgisi…

Image


Şəmistan Nəzirli: “Muzeydə nümayiş etdirilən arxeoloji kolleksiyada qılıncların da yer almasını çox bəyənirəm”
Leyla Məmmədəliyeva: “Bildiyim qədər, ekspozisiyada ən qədim dövrlərə aid qılınclar…”

 

Qədim tarixə malik ölkəmizin mədəniyyəti də zəngindir. Bu zənginlik bizə əsas verir ki, tarixi keçmişimizlə maraqlanaq, onunla qürur duyaq. Məlumdur ki, Azərbaycan xalqı tarixən qocaq, cəsur, yadellilərə qarşı barışmaz olub. Bu xalqın qadınları da kişilərlə yanaşı, düşmən səfinə qılınc vurub. Azərbaycanda silah işinə qədim dövrdən əhəmiyyət verilib.

Qılıncqayırma sənətinin tarixi çox qədimdir. Bu barədə ən bitkin sözü bu sahədə araşdırmalar aparmış silahşünaslıq üzrə tədqiqatçılar deyə bilər. Fakt budur ki, Azərbaycanda qılınc həmişə el qəhrəmanının, xalq hökmdarının ayrılmaz silahı olub. Çünki onlar qılıncla Vətəni, torpağı, eli, ulusu müdafiə ediblər.

Azərbaycanda müxtəlif illərdə həyata keçirilən arxeoloji qazıntılar zamanı ən müxtəlif dövrlərə, mədəniyyətlərə aid qılınc növləri də aşkarlanıb. Bundan başqa, Azərbaycan xanlarının, sərkərdələrinin bir çoxunun qılıncı bu gün tarixi nümunə kimi muzeylərdə qorunur. Bir çox muzeylərimizdə ayrı-ayrı tarixi dövrlərə aid qılınc nümunələri qorunub saxlanır. Bu muzeylərdən biri də Milli Azərbaycan Tarixi Muzeyidir. “Trend.az”ın yaydığı xəbərə görə, muzeydə nümayiş olunan arxeoloji kolleksiyada qılınclar da yer tutur.

Muzeydən bildirilib ki, Azərbaycanın qədim dövr hərb sənətinin öyrənilməsində qiymətli məxəz rolunu oynayan həmin qılınclar bu gün də silahşünas tədqiqatçıların diqqətini özünə cəlb edir. İndiyədək Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş qılıncların bəzi nümunələri Arxeologiya Fondunda saxlanır. Məlumatlara görə, Arxeologiya Fonduna daxil olmuş qılınc nümunələrinin ümumi sayı təqribən 50-dən çox olmaqla, Çovdar, Əmirvar, Uzuntəpə, Qaracəmirli, Torpaqqala, Mingəçevir, Nüzgər və digər abidələrdən tapılıblar. Onlardan 14 ədədi muzeyin ekspozisiyasında nümayiş olunur.

Muzeydəki qılınc nümunələrinin dövrünə gəldikdə isə, onların hər biri tunc dövrünün son mərhələsindən başlayaraq, inkişaf etmiş orta əsrlərədək davam edən uzun zaman kəsiyinin ayrı-ayrı dövrlərini aiddirlər. Qılınclar aid olduqları dövrlərdə üzbəüz döyüş üçün əlverişli və etibarlı hücum silahlarından biri olublar.

Məlumatlara görə, konkret olaraq qılıncların formalarına gəldikdə, onlar məkanına və zamanına görə fərqlənirlər. Muzeydən bildirilənə görə, Xocalı-Gədəbəy mədəniyyətinə aid Cənubi Qafqaz tipli qılınclar öz formasına görə Talış-Muğan mədəniyyətinə aid qılınclardan kəskin fərqlənirlər. Xocalı-Gədəbəy mədəniyyətinə aid qılınclar üçün bütünlüklə tökmə olmaları və enli tiyələr səciyyəvidir. Tiyələr yuxarıdan aşağıya doğru daralır. Onların hər iki tərəfdən üzərində yuxarıdan aşağıya bir-birinə paralel 4-8 sıra düz novçalar salınırdı. Bu novçaların qılınca çapma zamanı möhkəmlik verilməsi və ya qanın axmasının təmin edilməsi üçün salındığı ehtimal olunur. Bəzən tiyənin yuxarı hissəsində zoomorf təsvirlər də zərb edilirdi. Dəstək hissələrinə gəldikdə isə, ağac və sümüklə inkrustasiya olunurdu. Dəstəyin yuxarı hissəsi şəbəkəli naxışlarla bəzədilmiş yarımkürə ilə tamamlanır. Onların uzunluğu 60-70 sm arasında dəyişir. Bundan başqa, bu tip qılınclarda tiyələrin ucu yarımdairəvidir. Belə qılınclar daha çox çapma üçün yararlıdır. Fondda onların Mingəçevirdən, Xaçbulaqdan, Nüzgərdən və Əmirvardan tapılmış nümunələri saxlanır. Milli Azərbaycan Tarixi Muzeyində saxlanan qılınclar arasında Talış-Muğan mədəniyyətinə aid nümunələr də yer alıb. Dəstəyinin başlığı yəhərvari olan qılıncların əksəriyyəti Uzuntəpə abidəsindən məlumdur. Həmin qılınclar İshaq Cəfərzadə tərəfindən iki qrupa ayrılıb: 1) həm dəstəyi, həm də tiyəsi tuncdan olanlar; 2) tiyəsi dəmir, dəstəyi isə tunc olanlar. Arxeoloq Fərman Mahmudov dəstəyi yəhərvari başlıqlı qılıncların ilk dəfə Muğanda formalaşdığını nəzərə alaraq, onların Muğan tipli adlandırılmasını təklif etmişdi. Uzuntəpə-Muğan tipli tunc dəstəkli dəmir qılınclar Çaylı və Dovşanqoludan da məlumdur. Bu tip qılınclar tunc və ya ağac qınlara qoyulurdu. Məsələn, Qazaxbəylidə 4-cü qəbirdən əldə edilmiş, uzunluğu 73 sm olan tunc dəstəkli və dəmir tiyəli qılınc aşağısı tunc, yuxarısı dəri və ya ağacdan olan qının icinə qoyulub.

Muzeyin son tunc dövrü qılınc kolleksiyaları arasında Ön Asiya tipli qılıncların da xüsusi payı var. Bu qılınclar say baxımından azlıq təşkil etsələr də, forma baxımından əvvəlkilərdən kəskin fərqlənirlər. Bu qılınclar üçün kiçik uzunluq və dəstəklərindəki dəlik səciyyəvidir. Belə bir nümunə Qaracəmirli abidəsindən məlumdur. Əvvəlki dövrlərdən fərqli olaraq, antik dövrün hərb işində daha çox dəmir qılınclardan istifadə olunub. Bunu arxeoloji tapıntılar da sübut edir. Mingəçevirdən, Şamaxıdan, İsmayıllıdan, Çuxuryurddan və başqa yerlərdən tapılan qılınclar dəmirdəndir. Bu qılıncların tiyələri ensiz və uzun, ucları sivridir. Bəzisində ağac və ya sümük bəzəyinin izləri var. Üzünə dəri çəkilmiş qınlar da qalıb. Qılıncların bir qisminin dəstəyi halqavari çıxıntı ilə tamamlanır. Belə qılınclardan biri muzeyin ekspozisiyasında nümayiş olunur. Halqaşəkilli başlıqları olan həmin qılınclar Qara dənizin şimal sahillərindən Çinə qədər çox böyük bir ərazidə geniş yayılmışdı.

Bu tip qılıncların Qafqaz Albaniyasına sarmat tayfaları vasitəsilə gətirildiyi ehtimal olunur. Erkən orta əsrlərin hərb işində də dəmir qılınclara üstünlük verilib. Bunu Torpaqqala abidəsindən tapılan qılınc da təsdiq edir.

Beləliklə, Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qılıncları təmsil etdikləri dövrün və bölgənin hərb sənəti ilə yanaşı, onları yaratmış ustaların metalişləmə sahəsindəki bacarıq və təcrübələri haqqında da dolğun təsəvvür yaradır.

Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli bizimlə söhbətində bildirdi ki, muzey ekspozisiyasında qılınc növlərinin nümayişi olduqca müsbət haldır. Ekspertin sözlərinə görə, bu, tariximizi, tarixi dövrlərimizi öyrənmək, təbliğ etmək baxımından çox əhəmiyyətlidir: “Muzeydə nümayiş etdirilən arxeoloji kolleksiyada qılıncların da yer almasını çox bəyənirəm. Qılınc növlərimizin sərgilənməsi müsbət haldır. Deyim ki, bizim çox zəngin qılınc kolleksiyamız var. Muzeydə Qacar sərkərdələrinə aid qılınclar da var. Şəki xanı Hacı Çələbinin qılıncı, Gəncə xanı Cavad xanın isə qılıncı və bayrağı qorunur. Fətəli xanın baş daşı da Milli Azərbaycan Tarixi Muzeyindədir. Tariximizə, tarixi şəxsiyyətlərimizə aid bütün eksponatlar nümayiş olunmalıdır ki, camaatımız bizim nə qədər böyük sərvətimiz olduğunu görsün. Bu işi, birmənalı olaraq, alqışlayıram, bəyənirəm”.

Ədəbiyyatşünas Leyla Məmmədəliyevanın (Fərhadqızı) bildirdiyinə görə də Azərbaycan tarixi ilə bağlı nümunələrin sərgilənməsi çox vacib məsələdir. Muzeyin təqdim etdiyi kolleksiyanı təqdir edən ədəbiyyatşünas hesab edir ki, bu həm də turistlərin marağını özünə cəlb edə bilər: “Qılıncların sərgilənməsi çox yaxşı haldır. Azərbaycan böyük tarixi keçmişə malikdir və zəngin dövlətçilik ənənələri var. Milli Azərbaycan Tarixi Muzeyində tarixi dövrlərimizə aid arxeoloji nümunələr qorunur, sərgilənir. Onlar arasında qılınc kolleksiyasının olması da əhəmiyyətlidir. Bu, Azərbaycan xalqının tarixən döyüşkən xalq olduğuna, cəsurluğuna dəlalət edən bir məsələdir. Bu sərgilər turistləri də cəlb etmək baxımından maraqlıdır. Xarici turistlər gəlib muzeydə Azərbaycan xanlarının, sərkərdələrinin qılınclarını görəndə onlarda xalqımız haqqında əlavə bir təəssürat yaranacaq. Bildiyim qədər, ekspozisiyada ən qədim dövrlərə aid qılınclar da nümayiş olunur. Təsəvvür edin bu nə deməkdir. Yeni nəslin tariximizi öyrənməsinin əhəmiyyətini nəzərə alaraq tariximizin təbliği ilə bağlı ayrı-ayrı qurumlar tərəfindən daha geniş səviyyəli, əhatəli layihələr həyata keçirilməlidir”.

İradə SARIYEVA  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ