Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan xalçalarının dünya sərgilənmə prosesi başlayıb…

Image


Özbəkistanda “Odlar yurdunun naxışları” Azərbaycan xalçaları sərgi zalının açılışı olub
Kübra Əliyeva: “Hesab edirəm ki, bu, Azərbaycan xalçasının təbliğ edilməsi, tanıdılması baxımından olduqca əhəmiyyətli, gözəl işdir”
Nuranə Mehdiyeva: “Mümkün qədər çox Azərbaycan xalçası evləri açılmalıdır ki, bu sahə geniş miqyasda təbliğ olunsun”

 

Azərbaycan xalqının maddi-mədəni sərvətlərindən biri olan milli xalçalarımız dünyanın hər yerində təbliğ olunmalıdır, özü də Azərbaycan adı ilə. Azərbaycanda xalçaçılıq sənətinin təbliği kifayət qədər güclüdür və bu ulu, ənənəvi dekorativ tətbiqi sənət növü inkişaf pillələrində irəliləyir. Azərbaycan xalçasının dünyaya çıxışı bu gün ən çox müzakirə edilən, arzulanan bir haldır. Əlbəttə, qədim zamanlardan dünya xalça bazarında özünəməxsus yer tutan, xalçaları ilə böyük heyrət doğuran Azərbaycan müasir dövrdə də dünya bazarında əsas xalça ixracatçısı kimi özünü təsdiqləməlidir. Bu arzuediləndir. Buna mərhələ-mərhələ nail olmaq olar.

Ancaq əsas məsələlərdən biri odur ki, dünyanın müxtəlif ölkələrində Azərbaycan xalçası evləri yaradılmalı, daimi xalça satış-sərgi zalları açılmalıdır. Bu ən vacib məsələlərdən biri kimi diqqət mərkəzində olmalıdır.

“Trend.az” xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Odlar yurdunun naxışları” Azərbaycan xalçaları sərgi zalının açılışı olub. Bu olduqca əlamətdar hadisədir və Azərbaycan xalçasının tanıdılması istiqamətində atılan addımlardan biridir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalçaları haqqında çıxış edərək, xalq sənətinin ən geniş yayılmış növü olan xalça sənətinin Azərbaycan xalqının bədii təfəkkürünü, istedadını nümayiş etdirdiyini və qədim Azərbaycan xalçaları barədə bir sıra mənbələrdə antik yunan tarixçilərin yazdıqlarını qeyd edib. O, Azərbaycan dövlətinin milli mədəniyyətimizin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, zəbt olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qaldığını, 22 muzeyin, 4 rəsm qalereyasının tamamilə işğalçılar tərəfindən məhv edildiyini bildirən diplomat, maddi-mədəni irsimizin, islam irsinə aid abidələrin qarət edildiyini, Azərbaycanın qədim xalça məmulatlarının işğalçıların əlinə keçdiyini qeyd edib. Samir Abbasov Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr və 2010-cu ildə Azərbaycanın ənənəvi xalça sənətinin UNESCO-nun Qeyri-maddi irs siyahısına daxil edildiyini vurğulayıb.

Özbəkistanda Azərbaycan xalçalarının tanıdılması və satışı ilə məşğul olan mütəxəssis-sahibkar Şəmsəddin Museyibzadə Azərbaycan xalçalarının rəngarəngliyi, özünəməxsusluğu, onları dünyaya sevdirən xüsusiyyələri barədə məruzə edib. O təmsil etdiyi təşkilat adından Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni yaradılan “Azərbaycan xalçaları” daimi sərgi zalına Qarabağ xalçasını hədiyyə edib.

Məlumdur ki, Azərbaycanda 7 xalçaçılıq məktəbi var. Onlar Şirvan, Qarabağ, İrəvan, Dərbənd, Quba, Naxçıvan, Qazax-Borçalı, Təbrizdir.

Qeyd edək ki, Azərbaycan xalçası sərgi zalının Daşkənddə açılmasının əhəmiyyətini şərh edən mütəxəssislər bildirirlər ki, bu olduqca müsbət bir hadisədir. Ekspertlərin bildirdiyinə görə, Azərbaycan xalçaçılıq sənəti ənənələr üzərində inkişaf etdiyindən və qədim çeşnilər əsasında toxunduğundan, öz təbii halında təqdim edildiyindən, tamaşaçıların daha çox xoşuna gəlir.

Ekspertlərin bildirdiyinə görə, Azərbaycan xalçasının təbliği istiqamətində daha böyük işlərin görülməsinə ehtiyac var. Onlar bildirirlər ki, Orta Asiyanın digər şəhər və respublikalarında da Azərbaycan xalçası evləri, daimi sərgi zalları açmaq olar. Bu məsələdə xaricdəki diaspor qurumları, səfirliklər və iş adamları xüsusilə fəaliyyət göstərə bilər.

Özbəkistanda “Odlar yurdunun naxışları” Azərbaycan xalçaları sərgi zalının açılışının mahiyyətini şərh edən görkəmli xalçaşünas, professor Kübra Əliyeva “Bakı-Xəbər”ə açıqlamasında bunu olduqca yüksək qiymətləndirdiyini bildirdi: “Hesab edirəm ki, bu, Azərbaycan xalçasının təbliğ edilməsi, tanıdılması baxımından olduqca əhəmiyyətli, gözəl işdir. Mən bu zalın açılmasını yüksək dəyərləndirirəm. Bu müsbət işin davamı olmalıdır. Bu gün dünyanın bir çox ölkələrində Azərbaycan xalçasının təbliği, tanıdılması məqsədilə Azərbaycan xalçası evləri, sərgi zalları açılmalıdır. Bu iş Avropa ölkələrində, Amerikada daha kütləvi şəkildə həyata keçirilməlidir. Sirr deyil ki, bu ölkələrdə hələ də Azərbaycan xalçalarını “Qafqaz xalçaları” adı ilə təqdim edirlər. Halbuki, o xalçalar Azərbaycan xalçalarıdır və azərbaycanlı sənətkarlar tərəfindən toxunulub. Yeni xalça evləri yaradılsın və burada qoyulan xalçaların aşağı hissəsinə “Azərbaycan” sözü yazılsın. Buna ehtiyac var. Azərbaycan dövləti xalçaçılığı çox yüksək səviyyədə təbliğ edir. Burada mən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini qeyd etməliyəm. O, bu sahədə çox böyük işlər görüb. Hansı ölkəyə gedirsə, harada tədbir keçirirsə, mütləq ora Azərbaycan xalçası sərgisi də aparır. Bu çox əlamətdar bir işdir. Azərbaycan xalçası beynəlxalq aləmdə daha çox tanıdılmalıdır”. 

Gənc xalçaçı-rəssam Nuranə Mehdiyeva bizimlə söhbətində xaricdə açılmaqda olan xalça evlərinin və xalça sərgi zallarının daha çox olmasını arzu etdiyini dedi. Onun sözlərinə görə, qədim zamanlardan xalça Azərbaycan mədəniyyətinin vacib elementi kimi diqqəti cəlb edib. O bildirdi ki, son illər Azərbaycan xalçasının dünyaya çıxışı baxımından çoxlu işlər görülür və bu iş gənc xalçaçı rəssamlara böyük stimul verir. O qeyd etdi ki, xeyli müddət əvvəl Belarusda “Azərbaycan Ticarət Evi” açılıb və burada bir sıra Azərbaycan məhsulu təqdim edilir, onların arasında milli xalçalarımız da var. Özbəkistanda xalça sərgi zalının açılmasının Azərbaycan xalçasının Orta Asiyada tanıdılmasına şərait yaratdığını deyən ekspert bildirdi ki, xalçalarımız Özbəkistana gələn turistlərin də diqqətindən yayınmayacaq. “Bu olduqca əlamətdar hadisədir. Düşünürəm ki, Azərbaycan xalça evi Moskvada da, Sankt-Peterburqda da, Parisdə də  açılmalıdır. Çünki düşmənlərimiz oralarda daha geniş fəaliyyət göstərir. Azərbaycan xalçasının geniş səviyyədə təbliği bizə çox şey qazandırar. Mümkün qədər çox Azərbaycan xalçası evləri açılmalıdır ki, bu sahə geniş miqyasda təbliğ olunsun. Onsuz da xalça sənəti Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təbliğ olunur. Amma müvəqqəti sərgi belədir ki, uzaqbaşı bir ay davam edir və sonra bağlanır. Amma daimi sərgi zallarının açılması xalçalarımızın həmişə göz önündə olacağını şərtləndirir. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində Azərbaycan xalçası evləri, daimi sərgi zalları fəaliyyətə başlamalıdır. Bu məsələyə xaricdəki iş adamları da qoşula bilər. Xaricdə Azərbaycan xalçasının satışı da həyata keçirilə bilər. Bilirsiniz ki, ermənilər xalçalarımıza qarşı da təcavüzkar mövqe tuturlar. Amma nə qədər çox təbliğ etsək, erməni təbliğatı alt-üst olar” - deyə mütəxəssis bildirdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ