Cümə günü, 09 oktyabr 2026
     

Kinomuzdakı zəifliyin səbəbləri - rejissorlar yazıçıları günahlandırır…

Image


Kənan Hacı: “Deyərdim ki,  Şərif Ağayarın, Qan Turalının, Mirmehdi Ağaoğlunun, Elçin Hüseynbəylinin roman və hekayələrində xeyli kino materialı var”
Zülfiyyə Eldarqızı: “Yeni kinonun tələblərinə uyğun bədii əsərlər yazılmalıdır ki, ondan kino materialı kimi istifadə edilsin”
Asiman Novruzova: “Kinorejissorlar müasir ədəbiyyatı oxumaq istəmirlər”
Tural Cəfərov: “Mən gerçək mənada belə hesab edirəm ki, kino və ədəbiyyat arasında əməkdaşlığa ehtiyac var”

 

Azərbaycan kinosunda mövzu rəngarəngliyinin olmaması, rejissor və ssenari müəlliflərinin məhdud mövzu ətrafında manevr etməsi faktdır. Sirr deyil ki, son zamanlar yaradılan ekran əsərlərinin mövzuları bir-birinə oxşayır, süjetlər sanki bir-birini təkrar edir. Bu fikri əsasən axır illər yaranan seriallara və filmlərə aid etmək olar. Bəzi rejissorlar belə bir fikir irəli sürürlər ki, Azərbaycanda maraqlı kinossenarilərin yaranmaması müasir ədəbiyyatın inkişafının zəif olması ilə əlaqədardır. Bu iddiada olanlar hesab edirlər ki, ədəbiyyat lazımi səviyyədə inkişaf etsə, kinoya yeni-yeni mövzular verər. Demək, ədəbiyyatın inkişafı ləng gedir ki, bu sahədə zəiflik müşahidə edilir.

Tanınmış rejissor Cavid Təvəkkül də öz “Facebook” hesabında qeyd edib ki, Azərbaycanda bu gün keyfiyyətli kinonun olmaması səbəblərindən biri müasir ədəbiyyatın olmamasıdır. Son zamanlar rejissorların bir çoxu, bir qayda olaraq, ədəbiyyatın olmamasından giley edirlər.

Doğrudanmı müasir kinonun keyfiyyətinin aşağı olması səbəbinin arxasında çağdaş ədəbiyyatın

inkişafdan qalması dayanır?

Yazıçı-publisist Kənan Hacı hesab edir ki, kifayət qədər maraqlı əsərlər var və sadəcə, rejissorlar müasir yazarların əsərlərini oxumurlar: “Məncə, rejissorlar son dövrdə yaranan ədəbiyyatı oxumurlar. Deyərdim ki, Şərif Ağayarın, Qan Turalının, Mirmehdi Ağaoğlunun, Elçin Hüseynbəylinin roman və hekayələrində xeyli kino materialı var. Rejissorlar arasında müasir ədəbiyyatı oxuyanlar da var, onlarla yanaşı oxumayanlar da. Bildirim ki, yaxşı nəsr əsərləri də yaranır”.

K.Hacı rejissorların bir fikri ilə razılaşır ki, müasir dövrün tələblərinə və neorealizm janrına uyğun yeni əsərlər yaranmaqda davam etməlidir: “Bəli, çoxlu əsər yazılmalıdır. Razıyam. Problemlərin çoxu bir-birinə bağlıdır. Yazıçıların əksəriyyəti potensialını realizə etməklə bağlı çox ciddi problemlər yaşayırlar. Bu da təsir edir və ən ciddi problem də budur. Problem ondadır ki, yazıçının kitabları satılmır, ölkədə kitab bazarı yoxdur. Enerjisini saytlara, qəzetlərə yazılar yazıb qonorar almağa sərf edir. Çünki ədəbiyyat gəlir gətirmir. Yazıçı əsər yazması üçün bütün qayğılardan azad olmalıdır. Yaşam uğrunda mübarizə aparan yazıçı enerjini çörək puluna sərf edir. Bu problemdən danışıram”.

Bununla belə, K,Hacı hesab edir ki, müasir ədəbiyyat nümunələri arasında elə əsərlər var ki, onların süjeti əsasında daha maraqlı filmlər çəkmək olar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı bizimlə söhbətində bildirdi ki, kino sənətinə bələd olan bir sənət adamı kimi rejissorların fikri ilə razılaşır. Z.Eldarqızı hesab edir ki, müasir Azərbaycan kinosunda yaşanan mövzu qıtlığının səbəblərindən biri ədəbiyyatın kino ilə ayaqlaşmamasıdır. Müsahibimizin sözlərinə görə, bütün dövrlərdə kinonun mövzularının bir qismi dövri ədəbiyyatla bağlı olub: “Müasir Azərbaycan kinosunda mövzu rəngarəngliyinin olmaması mütəxəssisləri həqiqətən də düşündürməlidir. Bəzən deyirlər ki, cəmiyyətdə nə var, kinoda da o əks olunur. Həmçinin deyirlər ki, güclü ədəbiyyat olsaydı, güclü ssenari ortaya çıxardı. Razılaşaq ki, bu gün yaddaqalan ədəbiyyat nümunələrinin azlıq təşkil etməsi faktdır. Hamı deyir maraqlı əsər yazıram, amma kitabı alıb oxuyursan, yeni heç nə görmürsən. Yeni kinonun tələblərinə uyğun bədii əsərlər yazılmalıdır ki, ondan kino materialı kimi istifadə edilsin. Əvəllər olduqca maraqlı, rəngarəng mövzularda yazan kinodramaturqlar vardı. Onlar, sadəcə, kinodramaturq deyildi, həm də yazıçı idilər. Görün onların əsərləri əsasında necə gözəl filmlər yaranıb. “Dəli Kür”, “Böyük dayaq”, “Axırıncı aşırım”, “Qanun naminə”, “Uzaq sahillərdə” və digər filmlər yazıçıların romanları əsasında çəkilib. Ona görə də çox güclü filmlərdir. Ümumiyyətlə, yazıçılar yazarkən kinonun da tələblərini nəzərə almalıdırlar. Kino üçün yazmaq çətin olsa da, buna ən azından cəhdlər edilməlidir. Elə mövzular var ki, ədəbiyyatda əks olunanda daha maraqlı olur. Bu gün ola bilsin hansısa yazıçı kinonun tələblərinə uyğun əsərlər yazır, amma o əsərlər üzə çıxmır. Belə əsərlər varsa, onları rejissorlara, kinoprodüsserlərə təqdim etmək olar. Anar müəllim çox gözəl yazıçıdır, eyni zamanda  gözəl kinossenariləri var. Natiq Rəsulzadə də həmçinin. Sözümün canı odur ki, gənc yazarları da bu işə cəlb etmək lazımdır. İlqar Fəhminin çox gözəl ssenariləri var. Ümumiyyətlə, kinodramaturgiya kurslarına yazarlar cəlb edilsə, ortada nəticə olar”.

Kinoşünas Asiman Novruzovanın sözlərinə görə isə kinonun yaradıcılıq baxımından inkişafdan qalmasının səbəbi yalnız ədəbiyyatla bağlı deyil. O hesab edir ki, kinonun texniki təchizat tərəfi həll edilsə də, yaradıcılıq nöqteyi-nəzərindən axsaması həm də kinorejissorların günahıdır: “Kinorejissorlar, ümumiyyətlə, müasir ədəbiyyatı oxumaq istəmirlər. Onların bəziləri müasir dünya ədəbiyyatının havası ilə yaşayır və hesab edirlər ki, bizdə o səviyyəli əsər yaranmırsa, demək, ədəbiyyat yoxdur. Deyim ki, Avropanın, Amerikanın, Rusiyanın, Türkiyənin, İranın və digər dövlətlərin öz ədəbiyyatı var və o ədəbiyyat cəmiyyətə uyğun formalaşır. Bu gün ədəbiyyat, kino standartları deyəndə ən çox kino sənayesi qədim olan ölkələrin standartları götürülür. Bu öz yerində. Ədəbiyyat ilk olaraq milli olmalıdır. Özündə milliliyi, yerli problemləri, cəmiyyətin ağrı-acılarını ifadə etməyən ədəbiyyat bəşəri ola bilməz. Qayıdaq kinoya. Ədəbiyyat inkişaf edir, kinorejissorların, demək olar ki, 95 faizi bu ədəbiyyat nümunələrini, yeni əsərləri oxumurlar. Görəsən onların əksəriyyəti sonuncu dəfə nə vaxt bir bədii jurnal vərəqləyib, nə vaxt kitab mağazasına gedib? Soruşsanız deyəcəklər ki, vaxtımız yoxdur. Bu gün kinoda çox rejissorlar öz ətrafında olan yazarları önə çəkirlər ki, onların əsərlərini kinoya gətirsinlər. O da çox vaxt effekt vermir. Kinoya çəkilən əsərin bədii keyfiyyəti, tutumu sanballı olmalıdır. Bugünkü ədəbiyyat elə maraqlı mövzulara toxunur ki, onu kinoya gətirməyə sadəcə həvəs istəyir. Təbii, müasir ədəbiyyat kinoya bağlı olmalıdır. Amma kinonun inkişaf etməməsinin bir səbəbi kimi ədəbiyyatın olmasını  göstərmək yersizdir. Ədəbiyyat var, sadəcə, onun əsasında ssenari yazıb film çəkən yoxdur”.

Yazıçı Tural Cəfərovun (Qan Turalı) mövzu ilə bağlı bildirdiyinə görə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, sənətin 7 növü var və bu 7 növün hamısı paralel şəkildə inkişaf etməlidir: “Sənətin 7 növü var və 7 növə aid olan teatr da, musiqi də, təsviri incəsənət də, ədəbiyyat da, sənətin ən gənc növü olan kino da paralel şəkildə inkişaf etməlidir. Əgər biz böyük kino ölkələrinə fikir versək görərik ki, onlarda sənətin digər növləri də çox güclü şəkildə inkişaf edib. Məsələn, Avropa ölkələrinə, yaxud Amerikaya baxsaq, bu mənzərəni müşahidə edə bilərik. Mən Cavid Təvəkkülün fikrini doğru qiymətləndirirəm. O çox yaxşı rejissordur, mənim də dostumdur. Yaxşı bilirəm ki, Cavid Azərbaycan və dünya ədəbiyyatını oxuyub mütaliə etmiş və içindən keçirmiş bir adamdır. Əlbəttə, problemlərdən biri onun irəli sürdüyü haldır. Bəli, ədəbiyyatın vəziyyəti kinonun inkişafını ləngidir. Əslində, ən yaxşı Azərbaycan kinolarını adbaad yazsaq görərik ki, onlar ya Azərbaycan yazıçılarının əsərlərinin ekran variantıdır, ya da yazıçıların yazdığı ssenarilər əsasında çəkilib. “Bizim Cəbiş müəllim” filminin ssenarisi Maqsud İbrahimbəyova aiddir. “Yeddi oğul istərəm” Yusif Səmədoğlunun ssenarisi əsasında çəkilib. “Nəsimi” filmi İsa Hüseynovun əsəri əsasında ekranlaşdırılıb və s. Bu mənada kino və ədəbiyyat arasındakı əməkdaşlığı qeyd etmək lazımdır. Bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan gənc ölkədir. 1894-cü ildə Cəlil Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”nı yazandan bir il sonra Fransada kinonu kəşf etdilər. Onların kino kəşfi ilə bizim nəsr kəşfimiz eyni dövrə düşür və mənə elə gəlir ki, bu fakt kinonun və ədəbiyyatın inkişafı üçün çox gözəl bir istiqamətdir. Keçən əsrin 30-cu illərində Azərbaycanda ilk filmlər çəkiləndə onların çoxunun ssenarisini Cəfər Cabbarlı yazırdı. Təsadüfi deyil ki, “Azərbaycanfilm” Kinostudiyası Cəfər Cabbarlının-yazıçının, dramaturqun adını daşıyır. Mən gerçək mənada belə hesab edirəm ki, kino və ədəbiyyat arasında əməkdaşlığa ehtiyac var. Hiss edirəm Kinostudiyanın rəhbəri Müşfiq Hətəmov da bu əməkdaşlığı istəyir və çalışır ki, yazıçılarla kinorejissorlar arasında əməkdaşlıq etsin. Mənə belə gəlir ki, bu da qədim formuldur. Necə ki, o dövrdə Tofiq Tağızadə, Həsən Seyidbəyli və digər kinorejissorlar yazıçılarla işləyirdilər. O illərdə gözəl filmlər yaranıb. Hesab edirəm ki, yaxın gələcəkdə də belə olacaq”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ