Cümə günü, 09 oktyabr 2026
     

Azərbaycan xalçası üzrə V Beynəlxalq Simpozium (AXBS) başlayıb…

Image


Səkinə Baharlı: “Bu tədbirin mədəni, sosial-ictimai, siyasi baxımdan əhəmiyyəti böyükdür”

 

Qədim zamanlardan dünyanın xalçaçılıq mərkəzlərindən olan Azərbaycanda müasir dövrdə də bu sənətin inkişafı etdirilməsi və bu sahəyə göstərilən dövlət qayğısı təqdirəlayiq haldır. Ölkəmizdə xalça sahəsi üzrə mütəmadi olaraq beynəlxalq səviyyəli tədbirlər, yığıncaqlar keçirilir. Azərbaycan xalça sənətinin təbliğinə, dünyada tanıdılmasına həsr edilən bu tədbirlərin həm mədəni, həm sosial-iqtisadi, həm də siyasi baxımdan əhəmiyyəti danılmazdır.

17 oktyabrda Azərbaycan xalçası üzrə V Beynəlxalq Simpozium (AXBS) öz işinə başlayıb. 17-20 oktyabr arasında dörd gün ərzində davam edəcək simpozium bir sıra cəhətlərinə görə diqqəti cəlb edir. Təşkilat Komitəsinin saytında qeyd edilir ki, sonuncu və ilk dəfə xaricdə UNESCO-nun Paris şəhərindəki baş qərargahında təşkil olunan simpoziumdan artıq on il ötüb. İlk simpoziumun isə

1983-cü ildə keçirildiyi qeyd edilir.

Simpoziumun təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” ASC-dir. Bu qurumların birgə təşkilatçılığı ilə həyata keçirilən simpoziumun olduqca maraqlı proqramı olduğu bildirilir. Qeyd edilənə görə, akademik proqramın hazırlanmasına rəhbərlik və texniki dəstək Şərq xalçaları üzrə beynəlxalq konfrans (İCOC) tərəfindən aparılır.

Məlumatlara görə, Azərbaycan Milli İncəsənət Muzeyində Alberto Boralevi və Əsli Səmədovanın birgə kuratorluğu ilə milli tikmələrdən ibarət “İpək xəzinələr” adlı sərgi təşkil olunacaq. Sərgidə “Viktoriya və Albert” muzeyinin və şəxsi kolleksiyaların, habelə Azərbaycan Milli İncəsənət Muzeyinin əvvəllər sərgilənməyən eksponatları nümayiş etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Xalçası üzrə V Beynəlxalq Simpozium çərçivəsində “Müasir incəsənət xalçalarda” adlı sərgi keçiriləcək. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında məlumat verilir. Burada dörd tanınmış gənc rəssamın – Faiq Əhməd, Fərid Rəsulov, CHİNGİZ və Butunay Haqverdiyevin müəllifi olduğu beş əsər təqdim olunacaq. Rəssamların hər biri son on ildə Azərbaycan incəsənətini xaricdə uğurla təmsil etmişlər.

Hər bir rəssam sərgi üçün xalça sənəti, onun ənənələri və müasir dövrdə yaşadılması ilə bağlı öz baxışlarını ictimaiyyətə təqdim edir. Onlar öz əsərlərində ənənəvi xalça nümunələrinin simvolikasının dərk edilməsini, ornament və onların adət edilmiş formalarının müasir üslubda transformasiyasını, hətta xalçanın utilitar əhəmiyyətinin genişlənməsini əks etdiriblər. Ancaq hər kəs bunu öz yaradıcılığına xarakterik olan yollarla şərh edir.

“Axan” xalçalar uzun müddətdir Faiq Əhməd yaradıcılığının, bir növ, əsas vizit kartıdır. Sərgidə üzərində nefti xatırladan qara axının təsvir olunduğu belə xalçalardan biri ictimaiyyətə təqdim olunacaq. Rəssamın digər əsəri xovsuz xalça olan Qarabağ cecimindən yaradılmış ikinci emalın beynəlxalq nişanı “Universal Recycling Symbol”nu (sonsuzluq əlaməti olaraq Möbius lenti ilə qapanan üç ox) ifadə edən kompozisiyaya malikdir. Bu xalçanın verdiyi mesaj budur: Azərbaycan xalçalarının obraz və ornament sistemi çağdaş müəlliflərin gələcək yaradıcılıq axtarışları üçün əsasdır və bu da milli ənənələrin qorunmasının təminatıdır.

CHİNGİZ xüsusilə olaraq simpozium üçün toxuduğu Faiq Əhmədin əsərində ifadəsini tapdığı sanki ənənələrin yenidən işlənməsi ideyasına illüstrasiya olan xalçanı təqdim edir. Onun xalçası öz müasirliyi və nəfis sadəliyi ilə seçilir, burada lakonik forma bütünlüklə çoxtərəfli bir fikrə tabedir. Xalçanın ara sahəsində bir tipli qara və yalnız biri ağ rəngdə olan zoomorf (quş) təsvirlər yer alır ki, bu da “Ağ qarğa”nın simvolik təsvirini təcəssüm edir. Bu əsərin əsas ideyası hər şeyi, yəni  bəşəriyyətin yaradılışını, yaradıcı fikrin ortaya çıxmasını, ətraf mühiti canlandırmaq iqtidarına malik yaradıcı düşüncənin təsirini dəyişə bilən zamanın və məkanın müəyyən bir nöqtəsini göstərməkdir. Bu ideya ilə bağlı şərhlər çox ola bilər, lakin hamısı yenilik və qeyri-adiliklə bağlıdır və bu baxımdan əsər müasir müəlliflərin əsərlərində yer alan milli xalçanın yaradıcı transformasiyasının mahiyyətini əks etdirir.

Fərid Rəsulov sərgi üçün interyerin divar və mebelindən tutmuş, ən kiçik detalına kimi hər şey xalça ornamentləri ilə örtülmüş “Xalça otağı”nı tərtib edib. Beləliklə, hər kəs özünü yeganə, əbədi, universal əsər olan xalçanın içində hiss edə və onun ənənəvi Azərbaycan interyeri və ümumiyyətlə, ölkə sənətinə böyük təsirini dəyərləndirə biləcək. F.Rəsulov öz instalyasiyası üçün Qarabağın Çələbi xalçasının ornament və kompozisiyasından yararlanıb.

B.Haqverdiyev də tamaşaçını xalçanın “içərisinə” buraxmaq qərarına gəlib, lakin o bu məsələyə tamamilə başqa metodla yanaşıb. Onun instalyasiyası akril boyalarla rənglənib, Azərbaycan xalçalarında yer alan ənənəvi ornamentlər formasında böyük ölçülü taxta modullardan ibarətdir. Onlar asanlıqla daşına və müxtəlif yollarla birləşdirilə bilir və nəticə etibarilə, yuxarıdan aydın şəkildə görünə biləcək bir kompozisiyaya malikdir (bu kompozisiya üst mərtəbədən baxa bilmək üçün muzeyin şüşə tavanlı xüsusi salonunda nümayiş olunacaq). Bu instalyasiya kənardan baxılarkən sanki tamaşaçını sirlərini açmağa çağıran parlaq və yaraşıqlı labirint kimi görünür.

Bu fikirlər nazirliyin saytında yer alıb.

Bakıda keçirilən Azərbaycan xalçası üzrə V Beynəlxalq Simpoziumun (AXBS) əhəmiyyətini vurğulayan ekspertlər hesab edirlər ki, bu tədbirə Azərbaycanın evsahibliyi etməsi xüsusi dəyərə malikdir.

Sənətşünas Səkinə Baharlının bildirdiyinə görə, bu simpoziumun Bakıda keçirilməsinin əhəmiyyəti böyükdür. O hesab edir ki, bu tədbir Azərbaycan xalçasının həm bir sənət növü, incisi, həm də bir sənaye məhsulu kimi təbliğində böyük rola malikdir: “Bu gün bütün xalçasevərlərin diqqəti Bakıya yönəlib. Bu simpoziumu yüksək qiymətləndirirəm. Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi Azərbaycan xalçasının şöhrətini bir daha dünyaya yaydı. Bu tədbir çərçivəsində keçirilən tədbirlər rəngarəngdir. Burada xarici sənətşünasların iştirakı da baş tutur. Bundan başqa, bizim gənc xalçaçı rəssamların da əl işləri nümayiş olunacaq. Gənclərin də işi təbliğ edilməlidir. Tədbir çərçivəsində maraqlı kolleksiyaların da nümayiş olunması diqqəti çəkir. Bu tədbirin mədəni, sosial-ictimai, siyasi baxımdan əhəmiyyəti böyükdür”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ