Cümə günü, 09 oktyabr 2026
     

MDB-nin 2019-cu il – “Kitab ili” üçün Azərbaycan indidən nə etməlidir?

Image


Qəşəm İsabəyli: “Bura əsasən klassik yazıçılarımızın, mədəniyyət xadimlərimizin əsərləri alman, ingilis, rus və digər dillərə tərcümə olunaraq təqdim edilməlidir”
Aydın Xan Əbilov: “Azərbaycan bu unikal hadisəyə öz ədəbiyyatını, mədəniyyətini, indiyə qədər toplanmış olan ədəbi irsini...”

 

2019-cu il MDB-də “Kitab ili” elan olunub. Bu barədə qərar Rusiyanın Soçi şəhərində MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında qəbul edilib. Məlumata görə, şuranın iclasında humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra sənədlərin razılaşdırlması müzakirə edilib.

Son illər Azərbaycanda kitab sənayesinin inkişafı, müasir tipli mətbəə və nəşriyyatların qurulması, standartlara uyğun kitabların nəşr edilməsi diqqətdən qaçmır. Onu da vurğulayq ki, Azərbaycan dövləti ölkənin kitab sənayesinin inkişafına ciddi dəstək verir. Bunun nəticəsidir ki, ölkəmizdə ənənəvi olaraq Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir, Azərbaycan nəşriyyatlarının çap etdiyi kitablar xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgilərində iştirak edir, yeni kitab mağazaları açılır. Bütün bunlar kitab sənayesinin inkişafına ciddi təsir göstərən amillərdir. Əlbəttə, bu sahədə nöqsanlar da yox deyil, bunlar öz yerində. Ancaq, bütövlükdə, Azərbaycan kitabının  dünyada tanıdılması prosesinə başlanıb.

2019-cu ilin MDB-də “Kitab ili” elan olunması Azərbaycan kitabının da bu tədbirlər çərçivəsində təqdim və nümayiş etdirilməsinə böyük şərait yaradır.

Azərbaycan “Kitab ili”nə necə hazırlaşmalı və hansı formada təmsil olunmalıdır?

“Şirvannəşr”in rəhbəri, şair Qəşəm İsabəyli bizimlə söhbətində bildirdi ki, bu tədbirin Azərbaycan kitabının MDB məkanında tanıdılmasında əhəmiyyəti var: “Hesab edirəm ki, çağdaş ədəbiyyat nümunələri öz yerində, bura əsasən klassik yazıçılarımızın, mədəniyyət xadimlərimizin əsərləri alman, ingilis, rus və digər dillərə tərcümə olunaraq təqdim edilməlidir. Orada kitabların çap xüsusiyyəti önəmli yer tutur. Dünya kitabçılığında uşaq ədəbiyyatı mühüm yer tutur. Biz də “Kitab ili” çərçivəsində keçirilən tədbirlərə uşaq ədəbiyyatı nümunələrimizi də aparmalıyıq. Amma bir az çətin məsələdir. Çünki bizim uşaq yazıçı və şairlərimizin əsərləri, demək olar ki, bir çox xarici dillərə, o cümlədən də alman və ingilis dillərinə tərcümə edilməyib. Heç klassiklərimiz də tərcümə edilməyib. Halbuki, bizim klassik şair və yazıçılarımızın əsərləri xarici dillərə çevrilməlidir ki, Azərbaycan ədəbiyyatı haqqında təəssürat yaransın. Azərbaycan tarixi, eləcə də Azərbaycanın zorla cəlb edildiyi Qarabağ hadisələri ilə bağlı, klassik yazıçı və şairlərin əsərlərinin, uşaq ədəbiyyatı,  musiqimizlə bağlı kitabların müxtəlif dillərə tərcümə edilməsi vacibdir”.

Q.İsabəyli bildirdi ki, 2019-cu ilə xeyli müddət var və buna qədər çox şey etmək mümkündür. O bildirdi ki, Azərbaycanda Tərcümə Mərkəzi fəaliyyət göstərir və müəyyən işlər görürlər: “Xarici dillərdən Azərbaycan dilinə tərcümələr edirlər. Deyim ki, bu elə də effekt vermir. Hətta Rusiyada da belə olub. O vaxt sovetlər tərəfindən qadağan edilən xarici müəlliflərin əsərləri rus dilinə çevriləndə effekt verməmişdi. Bu da onun nəticəsində idi ki, kitabların tərcüməsinə tələm-tələsik yanaşılmışdı. O tərcümələr əks effekt yaratmışdı və oxucular deyirdi ki, qadağan olunmuş ədəbiyyat budur, “Nobel” mükafatçısı əsərini bu cür zəif yazıbmış? Bu gün Azərbaycanda peşəkar tərcüməçilərə böyük ehtiyacımız var. Azərbaycan dilindən Avropa dillərinə, rus və Şərq dillərinə, istərsə də o dillərdən bizim dilə tərcümə edən peşəkarlar lazımdır. Düzdür, Şərq ədəbiyyatının tərcüməsi sahəsində bizdə vaxtilə yaxşı tərcüməçilər olub. İndi də var, amma o səviyyədə deyil. Yəni bizim kitabın, ədəbiyyatın Avropaya çıxması üçün mükəmməl yazıçı dilini bilən tərcüməçilərə ehtiyacımız böyükdür. Professional insanlar lazımdır. O vaxt biz “Yazıçı” nəşriyyatında işləyəndə burada bədii tərcüməyə yanaşmanın şahidi olurduq. Bir kitabın tərcüməsi bədii tərcüməçiyə 1-2 il müddətinə verilirdi ki, bu əsəri tərcümə edib təqdim etsin. Ancaq indi görürük ki, bir aya bir kitabı tərcümə edib ortaya qoyurlar. Açırsan və ilk səhifədəcə nöqsanları görürsən. Mən bu gün Azərbaycan dilinə tərcümələri heç vaxt oxumuram. Sizi inandırıram ki, tərcümə ədəbiyyatımızın hamısı sətiri tərcümədir. Bir dənə də olsun bədii keyfiyyətə malik tərcümə yoxdur. Yəni bizim kitabımız dünya arenesına peşəkar tərcüməçi qələmindən keçdikdən sonra ayaq açmalıdır. Bununla Azərbaycan ədəbiyyatının kitabını təqdim edə, onun simasını tanıda bilərik”.          

Yeni Yazarlar və Sənətçilər Qurumunun rəhbəri, kultroloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan “Kitab ili”ndə yaxından iştirak edəcək və tədbirlərə çeşidli nümunələrlə qatılacaq. 2019-cu ilin MDB-də “Kitab ili” elan olunmasını təqdir edən kultroloq hesab edir ki, burada Azərbaycan naşirlərinin çap etdiyi kitabların təmsil olunması müsbət haldır: “MDB-də 2019-cu ilin “Kitab ili” elan edilməsini təqdir edirəm. Bununla bağlı bizim də müxtəlif planlarımız var. Bura müxtəlif ədəbi-mədəni tədbirlərin keçirilməsi, sərgilərin təşkili və s. daxildir. Eyni zamada da yeni mütaliə mədəniyyətini, oxu vərdişlərini inkişaf etdirmək, insanlarımızda klassik kitaba, o cümlədən də yeni nəşrlərə, ədəbiyyat nümunələrinə marağı artırmaq üçün müxtəlif tədbirlər planı hazırlanıb. Əlbəttə, Azərbaycan da bu sahədə geridə qalmır və qalmamalıdır da. Çünki son zamanlar Azərbaycanda kitab işinə diqqət artırılıb, yeni kitab mağazaları açılıb, eyni zamanda kitabla bağlı tədbirlər, sərgilər təşkil olunur. Bu da bizi çox sevindirir. Çünki əvvəllər biz bunu yalnız arzulayırdıq, ancaq bu gün bu hadisələr realdır. Azərbaycan sözsüz ki, bu unikal hadisəyə öz ədəbiyyatını, mədəniyyətini, indiyə qədər toplanmış olan ədəbi irsini həm rus, həm ingilis, həm də digər dillər vasitəsilə dünyada tanınması üçün açılan bir meydan kimi baxmalıdır. Burada müxtəlif nəsilləri təmsil edən yazarların, eyni zamanda da ictimai təşkilatların, Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin ayrıca töhfələri olmalıdır. Bununla yanaşı, virtual olaraq Azərbaycanda kitabın və mütaliənin populyarlaşdırılması ilə bağlı müəyyən proqramlar işləməliyik. Bilirik ki, bu məsələdə Azərbaycan hökumətinin də marağı var. Çünki intellektual cəmiyyət və intellektual xalq hər zaman dövləti, ölkəni gələcəyə aparır”.       

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ