Cümə günü, 09 oktyabr 2026
     

Qarabağa dair sənədli filmlərin ayrıca festivalı…

Image


Zülfiyyə Eldarqızı: “Çox gözəl ideyadır, həyata keçsə, böyük əks-səda doğuracaq”
Nərgiz Xanqızı: “Qarabağ mövzusunu hər xalqa öz dilində çatdırmaq lazımdır”

 

Sənədli film baş vermiş real hadisələri canlandıran vizual sənət növüdür. Bu gün dünya televizyalarında, eləcə də kino şirkətlərində sənədli filmlərin istehsalına xüsusi əhəmiyyət verilir. Deyərdik ki, sənədli filmlərin tamaşaçısı heç də bədii filmlərin tamaşaçısından az deyil. Sənədli kino istənilən sosial-ictimai, mədəni-kütləvi hadisəni əks etdirmək baxımından çox böyük təsir gücünə malikdir.

Bəzən bədii kinoda deyə, aça bilmədiyin “düyü”nü rahatlıqla sənədli filmdə aça bilirsən. Təbii, sənədli filmin öz estetikası, öz qaydaları var. Bunlara əməl edilsə, sənədli filmlər insanlara daha çox söz deyir, informasiya ötürə bilir.

Azərbaycanda sənədli kinonun inkişafı hələ Sovet illərindən müşahidə edilməyə başlanıb. Azərbaycan müstəqillik qazandıqdan sonra sənədli filmlərə yeni bir baxış, yanaşma sərgilənib. Sirr deyil ki, yerli televiziyalarda, AzTV-nin nəzdində olan “Telefilm” Yaradıcılıq Birliyində, “Azərbaycanfilm” Kinostudiyasının balansında fəaliyyət göstərən “Yaddaş” və “Salnamə” studiyalarında sənədli filmlər çəkilir. Deyək ki, sənədli filmlərin heç də hamısı yüksək səviyyədə olmasa da, səviyyəsi yuxarı olanlar da az deyil. Əlbəttə, Azərbaycanda sənədli filmlərin inkişafına dövlət maliyyə vəsaiti ayırır və bu studiyalarda çəkilən filmlərin əksəriyyəti, xüsusən də Qarabağ müharibəsi ilə, qəhrəmanlarımızla, tariximizlə və s. bağlı filmlərə dövlət maliyyə vəsaiti ayırır. Çəkilən filmlərin Azərbaycandan kənarda nümayişi ancaq festivaldan-festivala olur. Bu festivallara Qarabağla bağlı filmlərin aparılmadığı bildirilir. Əslində, beynəlxalq sənədli film festivalında Qarabağ həqiqətlərini əks etdirən sənədli filmlərin olması vacibdir.

Azərbaycanda beynəlxalq sənədli film festivalı keçirilir. Oktyabrın 12-də Azərbaycanda ilk dəfə “DokuBaku” beynəlxalq sənədli film festivalının açılışı olub. Festival İtaliya istehsalı olan "Fuocoammare" sənədli filminin nümayişi ilə açılıb. Filmdə İtaliyaya Yaxın Şərq və Afrika ölkələrindən gələn miqrantlardan bəhs olunur.

Xatırladaq ki, “Reallığı sınayaraq” devizi altında təşkil olunan festival iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq.

Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli filmin nümayişi nəzərdə tutulur. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Festivalda əsas məqsəd azərbaycanlı rejissorları sənədli filmlər yaratmağa və festivallarda iştirak etməyə sövq etmək, sənədli film janrının özəllikləri və müxtəlifliyini göstərmək və bu sahədə fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, oktyabrın 20-dək davam edəcək festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur. Bu çox maraqlı məsələdir və Azərbaycanın sənədli filmlər çəkən rejissorlarının da bu festivalda iştirakı təqdirəlayiqdir.

“Bakı-Xəbər” qəzeti olaraq təklif edirik ki, Azərbaycanda Qarabağ həqiqətləri ilə bağlı beynəlxalq sənədli filmlər festivalı keçirilsin. Söz yox ki, Qarabağla bağlı çəkilən sənədli filmlərin festivalı keçirilərsə, biz bu problemin daha geniş səviyyədə tanıdılmasına nail ola bilərik.

Son illər Azərbaycanda müharibə mövzusunda çəkilən filmlər arasında Qarabağla bağlı həm tammetrajlı və qısametrajlı, həm də sənədli və cizgi filmləri əsas yer tutur. Qarabağ həqiqətləri, Qarabağ  münaqişəsinin gerçəkləri, müharibə və onun fəsadları, humanitar fəlakətlər bu filmlərin baş mövzusunu təşkil edir. Həmin filmlərin əksəriyyəti xarici ölkələrdə də nümayiş etdirilərək böyük populyarlıq qazanıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı bizimlə söhbətində Qarabağla bağlı sənədli filmlər festivalı keçirilməsi ideyasını yüksək dəyərləndirdiyini dedi. “Çox gözəl ideyadır, həyata keçsə, böyük əks-səda doğuracaq. Azərbaycanda Qarabağla bağlı sənədli filmlər çəkilib, bu sahədə xeyli iş görülüb. Qarabağ probleminin sənədli filmdə ifadəsi daha effektiv olar. Çünki ermənilər bu sahədə böyük təbliğat işi aparırlar. Haqsız olduqları halda, yenə də özlərini təmizə çıxarmağa çalışırlar. Qarabağla bağlı çəkilən sənədli filmlər festivalının keçirilməsi çox yaxşı hal olardı. Belə bir festival keçirilərsə, ona qatılmaq istəyənlər çox olacaq. Hesab edirəm ki, bunun uğurlu nəticəsi ola bilər” - deyə bildirən Z.Eldarqızının sözlərinə görə, Azərbaycanın belə bir festival keçirməsi vacibdir. O deyir ki, Qarabağ torpağı Azərbaycana məxsusdur və onun adı ilə ölkəmizdə keçirilən bütün tədbirlər o torpaqlara qayıtmağa ümid aşılamalıdır.

Kinoşünas Nərgiz Xanqızı bizimlə söhbətində bildirdi ki, Azərbaycanda Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu problemin sərt üzünün sənədli filmdə əks etdirilməsi baxımından ortada xeyli iş var. Onun sözlərinə görə, Azərbaycanda Qarabağla bağlı sənədli filmlər festivalının keçirilməsi vacibdir və bunu növbəti illərdə həyta keçirmək lazımdır: “Azərbaycan bu müharibəyə zorla cəlb olunub. Ermənilər torpaqlarımıza iddialı olmasaydı, heç bu müharibə də başlamazdı, insanlar öz ev-eşiyindən didərgin düşməzdi, insanlar şəhid olmazdı, erməni əsirliyində can çürütməzdilər. Qarabağ müharibəsini ermənilər və onların mənfur ideoloqları, havadarları başlayıb, Azərbaycan bu müharibəyə cəlb edilib. Qarabağla bağlı çoxlu sayda sənədli film şəkilib. Bu filmlərdə bu problem geniş şəkildə işıqlandırılıb. Onu vurğulayım ki, Xocalı soyqırımı ilə bağlı filmlər də çəkilib. Eyni adlı sənədli film 1993-cü ildə Ramil Ələkbərovun ssenarisi və quruluşunda ekranlaşdırılıb. Bu sahədə “Salnamə” Sənədli Filmlər Studiyası xeyi iş görüb. Qarabağla bağlı filmlər Azərbaycan Respublikasının ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağın tarixindən, keçmişindən ta bu günədək siyasi oyunlar burulğanında keçdiyi çətin və mürəkkəb yoldan bəhs edir, qaçqınların, köçkünlərin taleyindən danışır, ermənilərin bizə qarşı etdikləri zorakılığa, vandalizmə bir etirazdır. Mən onu da vurğulayım ki, 2010-cu ildə TRT telekanalı da Qarabağ problemi barədə veriliş və sənədli filmlər hazırlayıb. Bu kanal Dağlıq Qarabağ probleminə daha çox diqqət ayırıb. Bu da təqdirəlayiqdir. Vurğulayım ki, Qarabağ sənədli filmlər festivalı keçirilsə, burada iştirak etmək istəyən dövlətlər olacaq. Elə təkcə türk dövlətləri iştirak etsə, bu, problemə baxışları yönəltməyə xidmət edəcək. Çalışmalıyıq ki, bu mövzuda xarici rejissorlar çəksin. Bu daha effektiv olar.

Qarabağ sənədli filmlər festivalı keçirilərsə, bu festivala maraq göstərənlər çox olacaq. Düşünürəm ki, Qarabağla bağlı sənədli film festivalı keçirilsə, Azərbaycanda, Türkiyədə çəkilən sənədli filmlər burada göstərilə bilər. Bir də ki, biz çalışmalıyıq ki, Qarabağla bağlı filmlərin beynəlxalq sənədli filmlər festivallarında iştirakına nail olaq. Bilirsiniz ki, bu cür festivallara Qarabağla bağlı sənədli filmlərin çıxmasına həmin festivalları keçirən təşkilatlar qısqanclıqla yanaşır. Odur ki, Qarabağla bağlı sənədli filmlər festivalı keçirməliyik ki, bu mövzuda olan filmlər iştirak etsin və bu filmləri ictimaiyyətə tanıdaq”.

N.Xanqızının sözlərinə görə, Qarabağla bağlı sənədli film festivalı keçirilərsə, bu, gənclərin də yaradıcılıq həyatında önəmli rol oynayar. Onun sözlərinə görə, bu gün xarici dilləri mükəmməl bilən gənclərimiz var ki, onları Qarabağla bağlı mövzuların işıqlandırılmasına cəlb etmək lazımdır:  “Bizim çox istedadlı gənclər var, onları bu işə cəlb etmək lazımdır. Bu onunla bağlıdır ki, o gənclər Qarabağla bağlı filmləri həm də xarici dillərdə təqdim edə bilsinlər. Qarabağ mövzusunu hər xalqa öz dilində çatdırmaq lazımdır. Bu çox önəmlidir. Qarabağ filmləri ilə bağlı sənədli filmlər festivalının keçirilməsi vacibdir. Çünki bu problemin həqiqi siması dünyaya tanıdılmalıdır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ