Cümə günü, 09 oktyabr 2026
     

Sovet dövrünün əmək qəhrəmanlarının müasir analoqları…

Image


Gülüm Qiyasova: “İndi qəhrəmanlığa, xüsusən də əmək qəhrəmanlığına münasibət dəyişib”
Təranə Məlikova: “Hazırda da əmək nəğmələri yarana bilər”

 

Bu gün çoxlarımıza elə gəlir ki, əmək və zəhmət adamlarının şəninə şeirlər yazılarsa, mahnılar qoşularsa, bu, Sovetlərə qayıtmaq istəyindən doğur. Əslində isə belə deyil. İnsan əməyinə, zəhmətinə verilən qiymət və dəyər özünü şeirdə də, musiqidə də ifadə etməlidir. Bu günün də öz əmək, zəhmət qəhrəmanları var. Bizim çoxumuz onları tanımasaq da, bu insanlar fəaliyyət göstərirlər.

Keçən zamanlarda Azərbaycan şair və bəstəkarları pambıqçı, sağıcı qadınlara, neftçilərə, üzümçülərə, çobanlara, daha neçə-neçə əmək qəhrəmanına şeirlər, mahnılar həsr edirdilər. Bu mahnılar Azərbaycanın böyük müğənnilərinin ifasında dildən-ağıza düşür, hər yanı dolaşırdı. Bəlkə də bu mahnıların yaranması dövrün ideoloji tələbindən irəli gəlirdi. Bu illərdə yüzlərlə əmək qəhrəmanının adı çəkilən, əməyi vəsf edilən bədii əsərlər, şeirlər, musiqi nümunələri meydana gəlirdi ki, onların sözləri də, musiqisi də ölməzdir. Onları təsadüfi insanlar vəsf etmirdi, Azərbaycanın ən tanınmış şair və bəstəkarları əmək qəhrəmanları haqqında yazmaqdan zövq alırdı. Çünki əməyi, zəhməti dövlət tərəfindən qiymətləndirilən, köhnə insanların dili ilə desək, əməkdə xarüqələr yaradan insanların zəhmətini ifadə edən mahnıları oxumaq sənətkarlara xoş idi. Bəzən deyirlər ki, şairlər, bəstəkarlar əmək qəhrəmanlarına yazdıqları mahnıları, şeirləri könüllü yazmırdılar. Bu, ümumiyyətlə, səmimi səsləniş deyil. Yaradıcı adam duymadığı hadisəyə necə biçim verə bilər? Bu mükünsüzdür...

Azərbaycanın tanınmış şairlərinin əksəriyyəti əmək qəhrəmanlarına şeir həsr edib, bəstəkarlar isə o şeirlərə mahnı yazıblar. Sorağı Azərbaycanın hüdudlarından kənarlarda da dolaşan “Sürəyya” mahnısını bu gün əksəriyyətimiz əzbər bilirik. Pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimovaya həsr edilən bu mahnının mətni tanınmış şair Zeynal Cabbarzadəyə, musiqisi isə Səid Rüstəmova aiddir. “Sürəyya” mahnısını ölməz Rəşid Behbudov, böyük müğənnimiz Sara xanım Qədimova və digəriləri oxuyublar. Hətta bu mahnını türkiyəli müğənnilər də ifa edib. Qardaş Türkiyədə də populyar olan bu mahnı bu gün bizim müğənnilərin repertuarından qaçaq düşsə də, olduqca gözəl əsərdir. Pambıqçı Qızqayıt Həsənovaya və digərlərinin şəninə yazılan mahnılar onların hünər və zəhmətlərini ifadə edirdi.

Musiqiçi Gülüm Qiyasova bizimlə söhbətində bildirdi ki, bu gün sosrealizm tələblərindən çıxış etmək mükün deyil, günün öz tələbləri var. O bildirdi ki, hazırda da əməkçi insanlar var, o insanlar haqqında da yazmaq istəyənlər ola bilər: “İndi qəhrəmanlığa, xüsusən də əmək qəhrəmanlığına münasibət dəyişib. Bu gün nə adlı-sanlı pambıqçılar var, nə tütünçülər, nə də sağıcılar. Bu mahnılar Sovet dövrünün tələbi ilə yazılırdı. Ancaq deyim ki, onların heç birində bayağılıq, xoşagəlməyən ifadələr yox idi. Çox gözəl mahnılar idi. Sözsüz ki, əmək adamlarının əməyinin tərənnüm edilməsi vacib məsələ idi. O dövrdə çox maraqlı əmək nəğmələri yarandı. Tərbiyəvi-mədəni hadisə sayılan o mahnılar bu gün də bir musiqi əsəri kimi səslənə bilər. Bildiyim qədər, bu gün neftçilərə və digər peşə sahiblərinə mahnı bəstləyənlər var. Bu günün də öz qəhrəmanlıq nümunələri olmalıdır. Neft bu gün də var, görün neft-qazla bağlı nə qədər layihə həyata keçirilib. Bu gün “Bakı-Ceyhan”la bağlı mahnılar, şeirlər çoxdur. Nailə Mirməmmədlinin nefçilərin əməyinə həsr etdiyi bir neçə mahnısı var. Sonra xanım bəstəkar həlak olan neftçilərin də ruhuna mahnı ithaf edib. Bəstəkarların bu kimi sahələrə marağı onların yaradıcılığında rəngarənglik axtarışları ilə də bağlıdır. Bu gün pambığın, tütünün, üzümçülüyün, ipəkçiliyin inkişafı ilə bağlı rəsmi qərarlar var, bu sahədə işlər görülür. Bəlkə də yeni pambıqçılar nəsli yetişəcək, sənətkarlar onları da vəsf edəcəklər”.

Qeyd edək ki, bəstəkar Nailə Mirməmmədli mətbuata açıqlamasında qeyd edib ki, bu gün əmək mahnıları yazılsa, onlar da yadda qala bilər: “Düşünürəm ki, indi də bu cür mahnılar yaxşı yazılsa, sözləri uyğun olsa, niyə də yadda qalmasın. Sifariş olunarsa, əlbəttə, mən də yazaram”.

Musiqiçi Təranə Məlikovanın dediyinə görə isə bu gün bəstəkar və şairlər istəsələr, bu janrı inkişaf etdirə bilərlər: “Çox istərdim ki, bəstəkarlar yeni əməkçi nəğmələri yaratsınlar. Bizim folklorumuzda da çoxlu əməkçi nəğməsi var. Sovet illərində də əmək qəhrəmanlarına saysız mahnı yazılıb. Bu günün də öz qəhrəmanları olmamış deyil. Hazırda da əmək nəğmələri yarana bilər. Yaranmasa da, heç olmasa o illərdə yazılan əməkçi mahnılarını müğənnilər öz repertuarına salsınlar. Bu olduqca maraqlı görünər. O mövzulara “Sovetlərin qalığıdır deyib” onları gözdən salmaq olmaz. Bəstəkar və şairlər köhnə musiqi janrlarını saxlasalar yaxşıdır. Bu günün də öz qəhrəmanları var. Adamlar var ki, çalışdıqları işdə fərqlənirlər, onları dövlət də qiymətləndirir, musiqiçilər də belə insanlara qiymət verməlidir”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ