Cümə axşamı günü, 01 oktyabr 2026
     

Ən yeni tarixin yeni romanı

Image


Tarixi romanları ilə müasir ədəbi prosesdə özünəməxsus yer tutan (və janrın ideya- estetik imkanlarını genişləndirməkdə xüsusi xidmətləri olan!) Yunus Oğuzun yeni qələmə aldığı "Uçurum" romanı əsərin məzmun- fakturası daxilində kifayət qədər çoxmənalı bir epiloqla  başlayır. Ona görə "çoxmənalı" deyirik ki, romanda uçurum qarşısına gəlib çıxanların hamısı narkomaniya ilə bağlı olsa da,  bu təhlükəli vərdişə bəziləri yalnız özünün, bəziləri cəmiyyətin müxtəlif zümrələrinin, bəziləri isə xalqın taleyi miqyasında qurşanmışlar. Hər üç halda alınan "zövq" uyuşdurucu təbiətə malik olduğu kimi, doğurduğu fəsad, faciə də sirayətedicidir.

Əlbəttə, "Uçurum", prinsip etibarilə müasir mövzudadır, lakin Yunus Oğuz  qələminin tarixçi inersiyası burada da öz  işini görür. Və yazıçı söhbətə  Azərbaycan xalqının mərkəzi dövlət qurduğu XVI əsrdən başlayır... Erməni Varpetin ticarət karvanı Təbrizə  yaxınlaşanda gömrükçü qorçilər müəyyən edirlər ki, karvan qadağan olunmuş mallar - şərab, tiryək daşıyır. Ən dözülməzi isə odur ki, bu "ticarət"i divanbəyinin özü himayə etməkdədir. Məsələnin üstü açıldıqda Şah Təhmasib təmkinlə araşdırıb həqiqəti ortaya çıxarsa da  çox "liberal" bir qərara gəlir...

"Erməni tacir çiyinlərini çəkib riyakarcasına dilləndi:

- Mənim dövlət işlərindən başım çıxmaz, qibleyi-aləm. Mənimki ticarətdir.

Şah Təhmasib ayağa durdu. Bu o demək idi ki, görüş bitdi. Tacir də dərhal ayağa qalxdı.

- Ən böyük ticarət elə siyasətdədir, - dedi. Əli ilə qapıda duran qorçibaşına işarə verdi. - Qəbulda gözləyən o iki nəfəri də bura dəvət et.

Onun çıxıb qayıtması an məsələsi oldu. Hər ikisi içəri girib baş əydi. Şah onların üzünə baxmadan divanbəyinə göstəriş verdi:

-  Erməni tacirinə vergidən azad olunması haqqında bir kağız yaz. - Yadına nəsə düşdü. - Hə, şah bəxşişi də verməyi unutma.

Şah Natiq bəyi göstərib daha bir əmr verdi. - Qorçibaşı bir halda ki mənim fərmanlarımın icrasını çox dəqiqliklə həyata keçirir, o zaman onu təkcə

Təbrizin deyil, səltənətin hər yerində "torpaqbasdı" haqqının yığılmasına müvəkkil edirəm".

Və beləliklə, Varpetlə divanbəyinin orta əsrlərin sonlarından başlayan "əməkdaşlıq" ənənəsi  bizim zəmanəmizə qədər davam etməli olur.

Yunus Oğuzun tarixdə bu günü, bu gündə isə tarixi görməyə son dərəcə böyük maraq göstərən (və görən!)  qələm adamı olduğu müxtəlif  münasibətlərlə dönə- dönə qeyd edilmişdir. "Uçurum" da  bu baxımdan istisna deyil. Səfəvilər dövründəki gömrük qorçibaşısı Natiq bəyi müasir dövrdə başqa bir Natiq - Gömrük Komitəsi Əməliyyat - istintaq Baş İdarəsinin əməliyyatçısı Natiq əvəz edir. Ölkənin "bir cənub şəhərində" məskunlaşıb onu  "narkotika trafiki"nə çevirməyə çalışan "Baron" ləqəbli Bayramın nəinki iranlı Əhməd ağa, hətta vaxtilə Bakıda yaşamış erməni Varpetlə də ( bu da Səfəvilər dövründən gəlir) "əməkdaşlıq" elədiyi məlum olanda Kömrük Komitəsi hərəkətə keçir.

Əhməd ağa ilə Varpetin (Seyid ağanın) söhbəti göstərir ki, narkotika ticarətində onların məqsədi, bir tərəfdən, varlanmaqdırsa, digər tərəfdən, Azərbaycanın  müstəqil dövlət olaraq inkişafının qarşısını almaq, onun hər cəhətdən passionar  xalqına qəsd etməkdən ibarətdir...

"... Birincisi, alıcılarımız çoxalacaq, ikincisi isə gənc nəsil Qarabağı və sizi yaddan çıxardacaq, məğlubiyyətlə barışacaq, dövlət, vətənpərvərlik hisslərindən məhrum olacaq. Son nəticədə hökumət başıqapazlı və sözəbaxan olacaq. Orada tez-tez çevrilişlər baş verəcək.

Əhməd ağa əlini qonağın kürəyinə çəkdi:

- Ay maşallah, Varpet ağa! Yaxşı fikirləşmisiniz bunları. Və nəhayətdə elə Bakını da sizlər, bizlər idarə edəcəyik".

Natiqin narkobaronlara qarşı mübarizəsi həm bu işin təbiətindən irəli gələn macəraçılıq, gözlənilməz olayların təsviri, həm də hadisənin hüquqi, sosial, siyasi tərəflərinin diqqət mərkəzinə çəkilməsi ilə yanaşı, fəlsəfi- psixoloji mahiyyətinə varılması ilə müşayiət olunur. Ona görə də roman müəllifi yeri gəldikcə əhvalatların cərəyanını dayandırıb onların mahiyyəti barədəki ümumiləşdirmələrə keçir...

"Cəmiyyət də düzgün istiqamətləndirilməyəndə uçuruma gedir. Uçurum dərinləşdikcə bu, adi həyat normasına çevrilir. Amma şüuraltı hiss edirsən ki, hardasa səndən lap uzaqlarda deyil, lap yaxınlarda normal həyat var, yaşayış var. Səhər oyananda günəşin şuasına sevinmək var, ya qarın yağmasına uşaq kimi atılıb-düşmək. Hətta sevdiyin insanlarla salamlaşmaq nəşəsi... Bu həyatda yaşayanlar uçurumlu körpüdən keçir. Sən bu körpüdən keçmək üçün yaranmamısan, sən uçuruma layiq görülmüsən. Beləcə uçuruma doğru gedirsən".

Bu cür ümumiləşdirmə- izahlarında Yunus Oğuz məşhur "yaşamaq gözəl şeydir" qənaətinə gələn müxtəlif məsləkli sələflərinə ən yeni tarixin yeni romanı ilə xələflik edir.

İstintaqçıların əlinə keçmiş Kalış (Kamil) vasitəsilə Baronun "yaxın adamı"na çevrilən Natiq tezliklə müəyyən edir ki,  cinayətin kökləri çox- çox dərinliklərə gedib çıxır...

"Baronun beynəlxalq narkomaniya ilə əlaqələri çox güclü idi. Azərbaycandan keçirilən narkotrafikin əsas oyunçularından biri o idi. Əsas sərmayəsini isə İrandan alırdı. O, ölkədə xeyriyyəçi və iş adamı kimi də ad qazanmışdı. Deyilənə görə, bir neçə dəfə onu vurub sıradan çıxartmaq istəmişdilər, amma gücləri çatmamışdı. Yerli və ölkə səviyyəli məmurlar yenə köməyinə gəlmiş, onu "edam ağaçından asılan kəndirdən xilas etmişdilər". "Edam kəndiri"ni onun boğazına keçirməyə heç kim cəsarət etməmişdi, çünki ətrafındakıların bir çoxunu ələ almışdı".

Məsələ yalnız bunda deyil, həm də ondadır ki, nəinki Baron, hətta ondan çox "yuxarı"da dayanıb  cəmiyyətin taleyi üçün bilavasitə məsuliyyət daşımalı olan məmurlar  ermənilərin həmin narkotika ticarətində yaxından iştirak etdiklərini yaxşı bilsələr də, nəinki qarşısını almağa çalışmır, əksinə, öz şəxsi mənafeləri naminə ondan istifadə etməyin yeni- yeni üsullarını kəşf etməyə müvəffəq olurlar. Və nəticədə elə bir möhkəm şəbəkə əmələ gəlir ki, onun nə zamansa dağıdılacağına ciddi şübhələr yaranır.

Yazıçı, demək olar ki, naturadan aldığı obrazlarla açıb göstərir ki, narkoticarətin baronları ilə yanaşı, aşağı mövqeləri zəbt etmiş elə çevik, dələduz "funksionerlər"i mövcuddur ki, onlar hər hansı dövlət idarəçiliyi sisteminin öz işini yaxşı bilən məmurları ilə müqayisə oluna bilər.

Həm mövzunun tələbi, həm də fərdi yazıçı üslubunun diqtəsilə Yunus Oğuz vaxtaşırı olaraq publisistikaya keçir, hadisələrin icmalını verir, faktları öz adı ilə adlandırır. Bu üsul roman təhkiyəsi üçün o qədər münasib olmasa da, gerçəkliyin bütün sərtliyi ilə ifadəsi baxımından, əlbəttə, qəbulediləndir...

"O danışdıqca Natiqin fikirləri tam aydınlaşırdı. Bu, İnterpolun axtarışında olan, Qarabağda iki çətənə plantasiyasının sahibi Varpet Kasparyandır. Çətənəni Qarabağda yetişdirib İrana daşıyır, oradan da qaçaqmalçılıq yolu ilə, əsasən Azərbaycandan Avropaya ötürür. Erməni diasporası onu mafiya babası və Ermənistanın aysberqi hesab edir. Bakıda doğulub, 1989-cu ilin sonunda Azərbaycanı tərk edib. Azərbaycan məmurlarının bəzilərilə sıx əlaqəsi var. Düşündü: "Baho, işimiz lap çətinləşdi ki? Təkcə Baronu yox, həm də bunu zərərsizləşdirmək lazımdır".

"Uçurum"dakı məmur obrazı müasir Azərbaycan ədəbiyyatında yeni hadisədir...

"Ford"  maşınının sükanı arxasında Əhməd ağa oturmuşdu. Seyid ağa onun yanında idi. Azərbaycana təzə qayıtmışdı. Bakıya dönən kimi də çox mühüm işlər görən Əhməd ağanı axtarıb tapmış, ona verilən telefonla nüfuzlu məmura zəng etmiş və görüş vaxtını təyin etdirmişdi. Məmura həm də söyləmişdi ki, gələndə Əhməd ağanı da sizinlə görüşə məsləhət biliblər. Həmin məmur heç nə olmayıbmış kimi razılıq vermişdi; həm də özünə o qədər arxayın idi ki, görüşü bağ evinə təyin etmişdi. Bu nüfuzlu məmurun əsl kimliyini çox adam bilmirdi, amma Seyid ağa bilirdi ki, Ermənistanda onun kimlərlə qohumluğu var, biznesini kim işlədir, onlara nə qədər bağlıdır".

Yunus Oğuz bəzən təhkiyənin gedişində, bəzən də təhkiyə məcrasından onun intonasiyasını zədələməmək şərtilə kənara çıxaraq Azərbaycanın dövlət müstəqilliyinin nə qədər  ağır sınaqlardan keçdiyi,  xalqımıza hava- su kimi lazım olan həmin müstəqilliyin nə qədər pərdələnmiş düşmənlərinin  olduğu barədə xəbərdarlıq  edir: məmurun, Əhməd ağanın və Seyid ağanın - mister Varpet Kasparyanın şəxsində obrazlaşan bu düşmənçiliyin qarşısında Baronun cinayəti, bəlkə də, "xırda xuliqanlıq"dan başqa bir şey deyil.

Roman, necə deyərlər, o dərəcədə "nəticəsiz" sonluqla bitir ki, nəinki beynəlxalq narkomafiya başçılarını, heç Baronu da zərərsizləşdirmək mümkün olmur. Və "əməliyyat"ı başa çatdıra bilməyib "mal"ı batırsa da xaricə qaçmağa nail olmuş Baron oradan hətta "əsərin qəhrəmanı"nı - Natiqi hədələyib ona "sən məni sevdiyim dənizdən, işimdən elədin. Bil, mənim qisasım amansız olacaq, gözləmədiyin yerlərdən sənə zərbələr endirəcəm" deməkdən çəkinmir. Təbii ki, eyni sözləri Natiqin böyüklərinə daha yüksək tonla Seyid ağa ilə Əhməd ağanın da deyəcəkləri təsəvvürü yaranmaya bilməz... Lakin  əsərin ümumi ruhu - müəllif qayəsi bütün aydınlığı ilə diqtə (və təlqin) edir ki, Azərbaycanın müstəqilliyi möhkəm əllərdədir... Heç bir mənfur qüvvə nə daxildən, nə də xaricdən ölkənin sürətli tərəqqisinin qarşısını almaq iqtidarında deyil... Bununla belə heç kimə sirr deyil (və yazıçının da bizə xatırlatdığı bundan ibarətdir) ki, xalq hansı düşmənlərlə qarşılaşa biləcəyini heç vaxt unutmamalı, xüsusilə yeni nəslin şəxsində öz ən yeni tarixinin keşiyində ayıq- sayıq dayanmalıdır...

Nizami Cəfərov
akademik,  millət  vəkili



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ