çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Neft hasilatçıları dolların hökmranlığına son qoymaq planlarını ciddiləşdirir…

Image


Dünya miqyasında ən işlək valyutalar olan dollar və avro ətrafında baş verənlər artıq investorların bu pullara inamını tədricən sarsıdır. Digər tərəfdən müxtəlif ölkələr də hesablaşmalarında bu pulların məzənnələri üzündən yaşadıqları problemlərə son qoymaq üçün başqa vasitələr axtarmağa xüsusi diqqət yetirir.

Qeyd olunan xüsusda dollardan imtina məsələsi isə gedərək daha çox aktuallaşır. Çünki ABŞ-da dollarla bağlı hansı siyasətin yürüdüləcəyi ilə bağlı birmənalı mövqe yoxdur. Digər tərəfdən, dolların dünyada möhkəmlənməsi fonunda bir çox ölkələrin milli valyutasının devalvasiyası yenə ciddi narahatlıqlar yaratmağa başlayıb. Gərginliyin əsas səbəbi dolların kəskin bahalaşmasının kökündə iqtisadi proseslərin deyil, siyasi oyunların dayanması məsələsinin artıq fakt kimi qəbul edilməsidir .

O da məlumdur ki, ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Canet Yellen rəhbərlik etdiyi qurumun dolları bahalaşdırmasını istəyir. O, bunun üçün artıq zəruri əsasların da yarandığını iddia edir. İnflyasiya məsələsi haqqında danışan ABŞ-ın baş bankiri bildirib ki, son aylar ərzində bu göstərici olduqca zəif olub: "İnflyasiyada son zamanlar izlədiyimiz zəiflik əsl sürpriz oldu. Düzdür, buna bəzi xidmətlər üzrə qiymətlərin azaldılması da təsir edib. Buna baxmayaraq, bu cür sürprizlər bizi çaşdırmamalıdır. Mənim proqnozlarıma əsasən, gələn il inflyasiya artım nümayiş etdirəcək. FES rəhbərliyində təmsil olunan bir çox məsləkdaşlarım da analoji proqnoza malikdir".
Yellen qeyd edib ki, bu şəraitdə uçot dərəcəsinin artırılması mümkündür. Amma o da məlumdur ki, FES-dən fərqli olaraq, Ağ Ev dolların zəiflədilməsini tələb edir. Dollar ətrafında baş verənlər, xüsusən də onun güclənməsi  dünya dövlətlərinin böyük əksəriyyətində narazılıq və narahatlıqla qarşılanır. Elə bu fonda xarici ticarətdə dolların başqa valyuta ilə əvəzlənməsi yenidən aktuallıq qazanıb. Artıq bu xüsusda tezliklə mühüm addımlar atılması gözlənir. Məsələn, məlumatlara görə, Çin Səudiyyə Ərəbistanını neftlə bağlı hesablaşmalar zamanı yuana keçid etməyə məcbur etmək niyyətindədir. Amerikanın “High Weighted Economic Review“ konsaltinq şirkətinin baş iqtisadçısı Karl Vaynberqin sözlərinə görə, bu baş verdikdən sonra digər ölkələr də bu nümunəyə riayət edəcək və neft müqavilələrinin bağlanması zamanı dollardan imtina edəcəklər. O qeyd edib ki, Çin ABŞ-ı geridə qoyduqdan və nəhəng xam neft idxalçısına çevrildikdən sonra neft bazarında açar mövqeli oyunçuya çevrilib. Ər-Riyad bu reallığı gözardı edə bilməz və nəzərə almalıdır ki, 1-2 il ərzində Çin tələbatı ABŞ tələbatını üstələyəcək. Karl Vaynberqin sözlərinə görə, neft bazarı gec və yaxud tez yuana keçid edəcək:  “Səudiyyə Ərəbistanı yuana keçdikdən sonra neft bazarının digər hissəsi də onun ardınca gedəcək”. Rusiya, İran, Venesuela kimi böyük neft hasilatçıları da hesablaşmalarda dolların başqa bir valyuta ilə əvəzlənməsində artıq maraqlı tərəf kimi çıxış edirlər. Hətta Venesuela satdığı neft və neft məhsullarının dəyərinin ödənilməsində dolların qəbulundan imtina edib. ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Venesuelanın "PDVSA" dövlət neft şirkəti öz tərəfdaşlarına avro və ya digər valyutalarda hesab açmaq barədə xəbər göndərib. Venesuela prezidenti Nikolas Maduro ölkəsinin hesablaşmalarda Rusiya rublu, Çin yuanı, Hindistan rupisi, avro və yapon yenindən istifadə edəcəyini açıqlayıb. Prezident Venesuelanın yeni beynəlxalq valyuta ödəniş sistemi yaradacağını və ABŞ dollarının əsarətindən azad olaraq digər valyutalardan ibarət valyuta səbəti tətbiq edəcəyini açıqlayıb. İran neft müqavilələrini yalnız avro ilə bağlayır. Rusiya isə neft ödənişlərinin bir qismini rubl və yuanda qəbul etməyə hazır olduğunu bəyan edir. ABŞ-la münasibətləri kəskinləşən Türkiyə də uzun müddətdir ki, xarici ticarətdə dollardan imtina etmək istəyir. Hətta Ankara Ru­si­ya, İran və Çin­lə ti­ca­rət döv­riy­yə­si­nin mil­li val­yu­ta­lar­la apa­rıl­ma­sı üçün bu öl­kə­lə­rə mü­ra­ci­ət edib. Tür­ki­yə tərəfi he­sab edir ki, atı­la­caq bu ad­dım dol­la­rın sü­rət­lə ba­ha­laş­ma­sı­nın qar­şı­sı­nı ala­caq, ey­ni za­man­da, mil­li val­yu­ta­nın də­yər qa­zan­ma­sı­na sə­bəb ola­caq. Qeyd edək ki, hə­min öl­kə­lər ara­sın­da Azər­bay­can da var. Məlumdur ki, Tür­ki­yə­nin İq­ti­sa­diy­yat Na­zir­li­yi Azər­bay­can, Gür­cüs­tan, Qır­ğı­zıs­tan və İraq ki­mi öl­kə­lər­lə ti­ca­rət döv­riy­yə­si­nin dol­lar və av­ro ilə de­yil, mil­li val­yu­ta­lar­la apa­rıl­ma­sı üçün danışıqlar da aparıb, amma nəticələr bəlli deyil. Ümumiyyətlə, proseslərin inkiaşfı göstərir ki, dollardan imtina etmək istəyənlərin sayı sürətlə çoxalır və bu vəziyyətdə dolların hökmran mövqedə qala bilməsi getdikcə daha böyük sual altına düşür.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ