çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycan körfəz ölkələri bazarında mövqelərini möhkəmləndirməyə başlayır

Image


Qeyri-neft sektorunun inkişafı istiqamətində diqqət mərkəzində saxlanan məsələlərdən biri də ərəb dünyası ilə iqtisadi əlaqələrin genişlənməsidir. Bu xüsusda atılan vacib addımlardan biri ərəb ölkələrindən çoxsaylı turistin qəbul edilməsidir. Artıq qeyd edilən məqamla bağlı Azərbaycan mühüm nailiyyətlər əldə edib.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirir ki, bu il ərzində Azərbaycana 2 milyon 271 min nəfər xarici vətəndaş gəlib: "Gələn turistlərin sayında artım daha çox Rusiya, İran və ərəb ölkələri üzrə müşahidə olunub". O qeyd edib ki, bu ilin ilk 8 ayı ərzində xarici vətəndaşlar ölkədə bank kartları vasitəsilə 703 milyon manat ödənış edib: "Ötən il ərzində isə bu məbləğ 603 milyon manat təşkil edib. Ümumi hesablamalara görə, xarici vətəndaşlar ölkədə ümumilikdə 1,3 milyard manat xərcləyib". Təhlillər göstərir ki, turizmlə bağlı atılan addımlar bundan sonra da effektiv nəticəsini verəcək. Amma Azərbaycan üçün maraq doğuran təkcə bu deyil.

İndi diqqət mərkəzində saxlanan daha bir məqam ərəb ölkələrinə qeyri-neft sektoru üzrə daha çox həcmdə məhsul ixracına nail olmaqdır. Bu xüsusda da aktiv işlər görülür. Ekspertlər qeyd edilən fonda Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinə xüsusi diqqət yetrir. Səfərdə əsas məqsədlərdən biri də  oktyabrın 20-də Bakıda keçiriləcək Azərbaycan-Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda iştirak etməkdir. Elə bu forum fonunda iqtisadi əlaqələrin daha da güclənməsi gözlənir.

Azərbaycanı burada maraqlandıran əsas məqamlardan biri ilk növbədə qarşılıqlı əməkdaşlıq nəticəsində ərəb sərmayəsinin ölkəmizə cəlb olunmasıdır. İqtisadiyyat naziri Şahin Mustafayev də bildirir ki, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Azərbaycana investisiya qoyması üçün yaxşı imkanlar var. Onun sözlərinə görə, həmin ölkələr Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında yaradılmış güzəştli rejimdən istifadə edərək istehsal müəssisələrinin yaradılmasına da investisiya yatıra bilər. Yeri gəlmişkən qeyd edək ki, bu prosesdə ərəb ölkələrinin özləri də maraqlıdır. Bu mənada yaxın tezlikdə Azərbaycana daha çox ərəb sərmayəsinin gəlişi gözlənir.

Azərbaycan üçün maraq doğuran daha bir məsələ istehsal etdiyi məhsulları körfəz ölkələrinə ixrac etməkdir. Elə Şahin Mustafayev də bildirir ki, Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr "Şimal-Cənub" nəqliyyat dəhlizinin imkanlarından istifadə edə, Azərbaycan məhsullarının ixracı genişləndirilə bilər. Onun sözlərinə görə, bu ilin dekabrında Səudiyyə Ərəbistanına və Birləşmiş Ərəb Əmirliklərinə təşkil ediləcək ixrac missiyası iş adamları arasında əlaqələrin, Azərbaycan məhsullarının ixracının genişlənməsinə əlavə imkanlar yaradacaq. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəni Azərbaycanla mövcud əlaqələrin səviyyəsini yüksək qiymətləndirib, əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib. Bütün bunlar fonunda yaxın tezlikdə Azərbaycan məhsullarının daha böyük həcmdə körfəz dövlətlərinin bazarına çıxması gözlənir. Bu isə kifayət qədər böyük bazar sayılır. İlk növbədə aqrar sektor üzrə ərəb ölkələrinə satılan məhsulların çeşid və həcmində ciddi artım gözlənir.

Ekspertlər də qeyd edir ki, ölkəmizin kənd təsərrüfatı məhsullarının ixracı ilə əlaqədar potensialı genişdir. Digər tərəfdən, bu məsələ ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin xüsusi  proqramları var. Eyni zamanda, ixracla, ixracın təşviqi ilə əlaqədar İqtisadiyyat Nazirliyi də xüsusi proqramlar həyata keçirir. Eləcə də ixracla məşğul olan şirkətlərə müəyyən güzəştlər var. Mövcud reallıq da göstərir ki, ərəb ölkələrinin bazarına çıxmaq üçün ölkəmiz tərəfindən hər hansı problem yoxdur. Ən əsası isə, artıq əksər ərəb  ölkələri Azərbaycanın kənd təsərrüfatı məhsullarını almağa maraq göstərməyə başlayıb. Belə ki, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) Azərbaycandan aqrar məhsulları almaq istəyini bildirib. Xatırladaq ki, Azərbaycan son illər kənd təsərrüfatının inkişafına xüsusi əhəmiyyət verməyə başlayıb. Bunun da nəticəsində ildən-ilə istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmində artım olur. Ölkəmiz daxili tələbatı ödəməklə yanaşı, istehsal edilən bu məhsulların bir hissəsini də xaricə yönəldir. Azərbaycanın kənd təsərrüfatı məhsullarını alan ölkələr sırasında Rusiya, Ukrayna kimi dövlətlər xüsusi çəkiyə malikdir. Lakin son zamanlar görünür ki, bu prosesdə ərəb ölkələri də iştirak etməyə çalışır. Heç şübhəsiz, yeni-yeni bazarların əldə edilməsi Azərbaycan üçün uğurlu addımdır. Onu da qeyd edək ki, ərəb ölkələrinin Azərbaycandan kənd təsərrüfatı məhsulları almaq istəyi ölkəmizdə həm sahibkarların gəlirlərinin artması, həm də ölkəyə əlavə qazanc gətirilməsi baxımından əhəmiyyətlidir. 

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ