çərşənbə günü, 21 oktyabr 2026
     

Azərbaycanın məhsulları Körfəz-Ərəb ölkələrinə də çox sərfəli yollarla çıxacaq...

Image


Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttində aparılan tikinti işləri artıq sona çatmaq üzrədir. Bu xəttin istfiadəyə verilməsi ilə Azərbaycan üzərindən daşınan yüklərin həcmində böyük artım olması gözlənir. Gələn ay işə düşəcək sözügedən dəmir yolunun ardınca   “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin də istifadəyə verilməsi planlaşdırılır. “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə düşməsi Azərbaycana yükdaşımalardan daha böyük miqdarda gəlirlər əldə etməyə imkan verəcək. 

Elə indinin özündə “Şimal-Cənub”un daha cəlbedici olması üçün müvafiq addımlar atılır. Məsələn, İran “Şimal-Cənub” dəhlizi çərçivəsində Hindistandan Rusiyaya olan bu marşrutun cəlbediciliyini artırmaq üçün daşınan yüklərin tariflərində 50% endirim edib. "İran Dəmir Yolları" şirkətinin beynəlxalq əlaqələr üzrə baş direktoru Abbas Nazari bununla bağlı bildirib: "Məlumdur ki, hazırda yüklər Avropaya Süveyş kanalı vasitəsilə daşınır. Yəməndə davam edən problemlə əlaqədar yükdaşımaların zəmanəti üçün çəkilən xərclər dəmir yollarında artıb. Amma biz tariflərdə endirim etmişik". Onun sözlərinə görə, Azərbaycanın Astara rayonu ərazisində dəmiryolu daşımaları üçün körpü tikilib və yaxın vaxtlarda İran ərazisində marşrut işə başlayacaq. Nazari qeyd edib ki, uzunluğu 163 kilometr olan Qəzvin-Rəşt dəmiryolu marşrutunun hazırlığı 96% təşkil edir, qalan hissəsi isə növbəti 3 ay ərzində hazır olacaq. O bildirib ki, Astara-Rəşt dəmir yolunun tikintisinə daha 1 milyard dollar tələb olunur: "Azərbaycan və Rusiyanın dəmiryolu rəhbərləri ilə bir neçə görüş keçirilib. Nəticədə, Bombeydən Moskvayadək qarışıq daşınmalar tipli dəhlizin idarə edilməsi üçün bir sıra sənədlər və memorandumlar imzalanıb".

Bu arada  Çinlə İran arasında imzalanan memoranduma əsasən Çinin “CITIC Group“ dövlət investisiya şirkəti tərəfindən İranın “Rəfah”, “Pasargad”, “Pars”, “Sənaye” və “İxrac” banklarından ibarət konsorsiuma 10 milyard dollar həcmində kredit veriləcək. İranın Mərkəzi Bankının sədri Vəliyullah Seyfi bildirib ki, bu müqavilə İran və Çinin mərkəzi bankları arasındakı səmərəli əməkdaşlığın nəticəsində imzalanıb. Onun sözlərinə görə, maliyyə vəsaiti enerji, nəqliyyat, su resurslarının idarə edilməsi sahəsində həyata keçirilən infrastruktur layihələrə sərf olunacaq.  Məhz alınan kredit hesabına Rəşt dəmir yolunun tikintisi qısa müddətdə başa çatacaq. Bu da “Şimal-Cənub”un işə düşməsini tezləşdirəcək. Bir daha qeyd edək ki, bu nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Avropa ilə Asiyanı birləşdirəcək. Hazırda dəhlizin vacib hissəsi olan Qəzvin-Rəşt-Astara dəmir yolunun çəkilişi işləri davam edir. Yolun Qəzvin-Rəşt bölməsi artıq hazırdır. Rəşt-Astara hissəsinin inşası isə maliyyə problemi səbəbindən yubanırdı ki, İran Çindən aldığı kredit hesabına bu problemi aradan qaldıracaq. Çindən alınan kreditdən əlavə Azərbaycan və Rusiya yolun çəkilişinə sərmayə qoymaq niyyətindədirlər. Çünki bu yol hər iki dövlətin iqtisadi maraqlarını əks etdirir.

Körfəz ilə Xəzər dənizini birləşdirəcək Qəzvin-Rəşt-Astara yolu İranın dəmir yolu sistemini Azərbaycan ərazisindən keçməklə Rusiyanın dəmir yolu sistemi ilə birləşdirəcək. Bu hal Azərbaycana öz məhsullarını dəmir yolu ilə artıq Körfəz ölkələrinə də çıxarmağa imkan verəcək. Azərbaycanın “Şimal-Cənub” dəhlizinə qoşulması iqtisadi və siyasi baxımdan olduqca səmərəlidir. İlk növbədə ona görə ki, “Şimal-Cənub”  Şimal-Qərbi Avropa ölkələrini, Xəzər hövzəsi və Körfəz ölkələrini, Mərkəzi və Cənub Şərqi Asiya ölkələrini nəqliyyat vasitəsilə birləşdirən bir dəhlizdir. Dünyanın iki böyük qitəsini Azərbaycandan keçməklə birləşdirən bu dəhliz çoxfunksiyalıdır. Belə ki, bu dəhliz yalnız dəmir yolundan ibarət deyil. “Şimal-Cənub”un strukturuna avtomobil və dəniz yolları da daxildir ki, bunlar da Azərbaycandan keçməklə reallaşacaq və yüklərin tranzit keçidini təmin edəcək. Hər üç istiqamətdə Azərbaycan aparıcı rola malikdir.

Dəhliz 3 böyük su hövzəsini birləşdirmək imkanına malikdir. Hindistanın Mumbay limanından Avropa istiqamətinə daşınan yüklər Xəzər dənizinə və Qara dənizin Rusiya və Gürcüstan limanlarına daşına bilər. Yəni yüklər yalnız Rusiyaya deyil, Gürcüstana, oradan isə Türkiyə və Şərqi Avropaya daşına bilər. Bunun üçün İranın və Azərbaycanın Xəzər sahilində lazımi infrastruktur mövcuddur. İranın Ənzəli limanı ilə Bakının Beynəlxalq Ticarət Limanı arasında gəmilər sərbəst şəkildə üzə bilər. Bundan başqa, Ənzəlidən çıxan gəmilər Azərbaycanın ərazi sularından keçməklə Rusiyanın Həştərxan limanına rahat keçmək imkanına malikdir. Avtomobil yolları da xüsusi əhəmiyyət kəsb edir. Asiyadan gələn yüklər İranın Bəndər-Abbas limanından dəmir yolu ilə Bakıya, buradan yük maşınları ilə Gürcüstanın Batumi limanına, oradan da gəmilərlə Şərqi Avropa ölkələrinin Qara dəniz sahillərindəki limanlarına çatdırılır. Bütün hallarda Azərbaycan ərazisindən istifadə olunur və bu da ölkəmizə böyük dividendlər gətirir. Ümumiyyətlə, qarşıdakı müddət ərzində Azərbaycanın tranzit yükdaşımalardan daha böyük gəlir əldə etməsi gözlənir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ