çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Kredit faizləri yenidən artacaq, bahalaşma isə səngiyəcək

Image


Məlum olduğu kimi, bu günlərdə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə, dəhlizin aşağı həddinin 5,75%-dən 6%-ə, yuxarı həddinin isə 6,75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, bu, son 5 ildə ilk faiz artımıdır. 2016-cı il sentyabrın 14-də uçot dərəcəsi 9,5 %-dən 15 %-ə qaldırılmışdı. Ondan sonra daim bu dərəcə azaldılmışdı. Amma son 5 ildə ilk dəfə olaraq yenidən uçot dərəcəsi artırılır. Mərkəzi Bank bunu belə izah edir ki, uçot dərəcəsinə dair qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi nəzərə alınaraq qəbul olunub. Bundan başqa, ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu da qərara təsir edib. İndi maraq doğuran məsələ baş bankın qərarının kredit faizləri və inflyasiyaya necə təsir edəcəyidir.

Bu barədə danışmazdan öncə qeyd edək ki, uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına ayırdığı mərkəzləşdirilmiş resurslarla təminat, faiz dəhlizi isə Mərkəzi Bankın çərçivə alətlərinin tətbiqi vasitəsilə sterilizasiya əməliyyatları və vəsaitlərin yerləşdirilməsi üçün istifadə olunur. Uçot dərəcəsi mərkəzi bankların pul kütləsini tənzimləyən əsas alətlərindən biridir. İstər nəzəri, istərsə də ayrı-ayrı ölkələrin praktikası baxımından uçot dərəcəsində baş verən istənilən dəyişiklik milli valyutanın məzənnəsinə, depozit və kredit faizlərinə, qiymətli kağızların gəlirliliyinə, səhmlərin dəyərinə təsirsiz qalmır. Bu təsirin səbəbi odur ki, uçot dərəcəsi bir əmtəə olaraq iqtisadiyyatda pulun dəyərini ifadə edir. Kreditlər və depozitlər üzrə faizlər, qiymətli kağızlar üzrə gəlirlilik bilavasitə uçot dərəcəsinin təsiri altında formalaşır. Deməli, uçot dərəcəsinin artımı mütləq kredit faizlərinə də təsir etməlidir. Yəni kreditlərin bahalaşması gözlənilir. Amma fərqli mövqedən çıxış edənlər də var. Məsələn, iqtisadçı Natiq Cəfərli “sputnik” portalına bildirib ki, mərkəzi bankların faiz dərəcələri makroiqtisadi göstəricilər üçün önəmli amillərdən biridir: “Dünya ölkələrində bu alətdən geniş istifadə olunur. Azərbaycanda isə bəzi iqtisadi institutların, o cümlədən qiymətli kağızlar bazarının tam formalaşmamasına görə uçot dərəcəsinin makroiqtisadi göstəricilərə birbaşa korrelyasiyası yoxdur. Çünki öncəki illərdə də uçot dərəcəsinin çox aşağı olan (məsələn, 3 faiz) dövründə inflyasiya göstəriciləri, kredit faizləri indikilərə yaxın olub. Sonra uçot dərəcəsi 15 faizə qədər qalxdı, yenə də bunun nə inflyasiya göstəricilərinə, nə də kredit faizlərinə birbaşa ciddi təsiri oldu. Uçot dərəcəsinin inflyasiya göstəricilərinə dolayı təsirləri var, amma əsasən inkişaf etmiş ölkələrdə olduğu kimi birbaşa təsirləri olmur. Ona görə də uçot dərəcəsinin 0,25 faiz artırılmasının inflyasiya ilə bağlı baş verən proseslərə birbaşa təsir edəcəyini söyləmək mümkün deyil. Çünki inflyasiya yaradan amillər fərqlidir. "Ona görə də sırf uçot dərəcəsi vasitəsilə inflyasiyanı cilovlamaq və nəzarət altına almaq indiki şəraitdə o qədər də mümkün olmayacaq. Lakin bunun dolayı təsirləri mümkündür və ən azından, inflyasiya təzyiqlərini azaltmağa xidmət edə bilər".

İqtisadçının sözlərinə görə, ərzaq inflyasiyasının bir neçə səbəbi var: "Dünyada ərzaq qiymətlərinin bahalaşması sürətlə gedir. Ərzaq indeksi dünyada son 1 ildə 10 faizə yaxın artıb və bizim idxaldan asılılığımız var. Ona görə də xarici bazarlarda baş verən proseslər Azərbaycan bazarında qiymət artımına təsir göstərir. Amma daxildən qaynaqlanan problemlər də var. Məsələn, dizel yanacağının qiymətinin artması yerli məhsulların maya dəyərinin yüksəlməsinə səbəb olub. Bu da qiymət artımında mühüm rol oynayan amilə çevrilib. Fermerlər üçün dizel yanacağının kompensasiyası ilə bağlı yeni yanaşmanın tətbiq edilməsinə ehtiyac var. Məsələn, Türkiyədə dizel 6 lirə civarında satılır, amma aqrar sahədə çalışanlara təxminən 2 lirəyə təqdim olunur. Yəni ciddi güzəştlər var. Bizdə buna bənzər güzəştlərin həyata keçirilməsi bazarda qiymətin tənzimlənməsində rol oynaya bilər. Nəticədə xarici amillər və daxili amillər ərzaq inflyasiyasının artmasına təsir göstərib". Onun fikrincə, bizdə inflyasiyanın hesablanma qaydalarında da müəyyən problemlər var. Buna görə də çox zaman rəsmi inflyasiya ilə real inflyasiya rəqəmləri arasında təzadları görmək mümkün olur. Bu, əsasən də ərzaq inflyasiyasında daha tez nəzərə çarpır. Digər tərəfdən, alternativ inflyasiya hesablama institutları və mexanizmləri yoxdur. Bir çox ölkələrdə inflyasiyanın hesablanması təkcə dövlət tərəfindən deyil, QHT-lər, həmkarlar təşkilatları, istehsalçılar və istehlakçılar birlikləri tərəfindən də ayrıca hesablanır. Bu da rəqəmləri müqayisə etməyə imkan yaradır. Rəsmi statistikaya görə, avqustda inflyasiya səviyyəsi 0.5% olub, qiymətlərin ümumi səviyyəsinin 12 aylıq artımı isə 6.7% təşkil edib. Orta illik inflyasiya isə yanvar-avqust aylarında 4.8% olub. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-avqust aylarında 3% təşkil edib. Avqustda ərzaq məhsulları üzrə qiymət indeksi 0.8% yüksəlib, illik ərzaq inflyasiyası 7.8% təşkil edib. Hökumət üçün maraq doğuran əsas məqam inflyasiyanın artımın qarşısını almaqdır. Bunun üçün müvafiq addımlar atılır. Uçot dərəcəsinin artırılma məqsədlərindən biri də budur.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ