çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

İran məhsul ixracında Azərbaycandan daha çox asılı vəiyyətə düşür...

Image


Azərbaycanın nəqliyyat-logistika imkanları qonşu ölkələrin diqqətini getdikcə daha çox cəlb etməkdədir. Elə bu səbəbdəndir ki, bəzi qonşu ölkələr Azərbaycan ərazilərindən istfadə etməklə ixrac imkanlarını genişləndirir. Hətta elə vəziiyət yaranıb ki, bəzi qonşular ixrac məsələsində getdikcə daha çox Azərbaycandan asılı duruma düşməkdədir. Qonşu İranı buna konkret misal kimi göstərmək olar.

Real vəziyyət göstərir ki, İranın daha çox aqrar məhsullarının dünya bazarına çıxarılmasında Azərbaycanın rolu artır. Məsələ burasındadır ki, cari ildə İranda 4,5 milyon ton sitrus meyvəsi istehsal ediləcək, bunun 2,5 milyon tonu Rusiya və başqa ölkələrə ixrac olunacaq. İranın Meyvə-tərəvəz Tacirləri İttifaqının sədri Mostafa Darainecat bildirib ki, sitrus meyvələri əsasən Mazandaran, Gilan və Gülüstan vilayətlərində yetişdirilir. Qeyd edək ki, bu vilayətlər Xəzər dənizinin sahilində və Azərbaycanla sərhəddə yerləşir. Buradan istehsal olunan meyvələr Rusiya və digər MDB ölkələrinə ixrac edilir. İxrac məhz Azərbaycan üzərindən tranzit olaraq həyata keçirilir. İranın adıçəkilən vilayətlərində kilometrlərlə uzanan meyvə bağları və dərilmiş meyvələrin saxlanılması üçün tikilən depolar dəmir yolunun çəkiləcəyi xəttin kənarındadır. Xatırladaq ki,  Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi tikilib istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Rəştdən Astaraya çəkilən yol Mazandaran, Gilan və Gülüstan vilayətlərindən keçir. Qeyd edildiyi kimi, ixrac üçün nəzərdə tutulan sitrus meyvələri məhz bu vilayətlərdə istehsal edilir. Araşdırmalar gpstərir ki, Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti inşa edilib istifadəyə verildikdən sonra İran daha çox məhsul ixrac etmək imkanı əldə edə bilər. Hazırda sitrus meyvə ixracı yük avtomobilləri ilə həyata keçirilir. Rusiya, Ukrayna və Belarusa məxsus yük avtomobilləri Dağıstandan Azərbaycana, buradan da Astara şəhərindən İrana daxil olub, meyvə yükləyib, qayıdırlar. Amma məlumdur ki, yük avtomobilləri az tutumludur və gömrük rəsmiləşdirilməsi bəzən uzun zaman aparır. Bu müddət ərzində isə məhsulun xarab olması ehtimalı olduqca artır. Məhsulun yolda xarab olması, sahibkarın, necə deyərlər, xərcə-borca düşməsi halları çox müşahidə olunub. Lakin bu ixrac əməliyyatı qatarla həyata keçirilsə, məhsul daha tez və ucuz qiymətə mənzilbaşına çatdırılar. Dəmir yolu İranda qeyd edildiyi kimi meyvə bağlarının və depoların yanından keçirsə, onda yüzlərlə maşının gömrükdə növbə gözləməsinə ehtiyac qalmaz. Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi istifadəyə verildikdən sonra yüklər birbaşa sahələrdən qatara yüklənər və İran Astarasından Azərbaycan Astarasına keçməklə Rusiya, Ukrayna və Belarusa çatdırılar. Bu məsələ İran sahibkarları arasında müzakirə edilir. Onlar daha çox məhsul ixrac edib, onun mənzilbaşına daha tez çatdırılmasını istəyirlər ki, daha çox gəlir əldə etsinlər. Mövsüm yaxınlaşır və İrandan sitrus meyvə ixracı başlayacaq. İxracı artırıb ölkəyə valyuta axınını təmin etmək üçün Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsi tez bir zamanda inşa edilib istifadəyə verilməlidir. Bunu indi İranda da yaxşı başa düşürlər. Bu səbəbdən İran Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun tərkib hissəsi olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətə başlamasının tezləşməsində də maraqlıdır.

Dəhlizin dəmir yolu seqmenti İran, Azərbaycan və Rusiyanı nəqliyyat baxımından birləşdirir və əsas tranzit yükdaşımalar da məhz dəmir yolu ilə həyata keçiriləcək. Digər tərəfdən o da bəllidir  ki, Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsi bu yolla da həyata keçiriləcək. Cənub-Şərqi Asiya ölkələrindən yüklər İranın Çabahar limanına, Körfəz ölkələrindən isə Bəndər-Abbas limanına daxil olacaq. Hər iki istiqamətdən İrana daxil olan yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Şimali Avropanın Amsterdam və digər böyük limanlarına daşınacaq. Yüklərin ucuz və mənzilbaşına tez çatdırılması baxımından bu yola alternativ yoxdur. Dəhlizin fəaliyyətində Hindistan da mühüm rol oynayan dövlətlərdən biridir. Bu ölkənin Mumbai limanı Cənub-Şərqi Asiyada ən böyük yük aşırımına malik olan limandır. Hindistan və ətrafındakı dövlətlər Avropa ilə yük və mal mübadiləsini bu liman vasitəsilə həyata keçirir. Cənub-Şərqi Asiya ölkələri yükləri Mumbayi limanına gətirib buradan Avropaya yola salırlar və Avropadan daxil olan yükləri də bu limandan aparırlar. Yüklər Mumbai limanından İranın Çabahar limanına, buradan isə, yuxarıda qeyd etdiyimiz kimi, Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Bundan başqa, Hindistan Çabahar limanının yenidənqurulması və yükaşırımının artırlaması üçün 2 milyard dollar həcmində sərmayə qoymağı planlaşdırıb. Bu vəsaitin 200 milyonu artıq istifadə olunub və limanda müasir avadanlıqlar quraşdırılıb, böyük və yükü ağır olan gəmilərin limana yan alması üçün şərait yaradılıb. Körfəz ölkələri də “Şimal-Cənub” dəhlizindən istifadə etməklə Avropa ilə yük mübadiləsini reallaşdıra biləcəklər. Körfəz ölkələri ixrac yüklərini İranın Bəndər-Abbas limanına gətirəcək. Buradan isə yenə də Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə Avropaya göndərəcəklər. Bu istiqamət Körfəz ölkələrinə məxsus yük gəmilərinin Qırmızı dəniz vasitəsilə Hibraltar keçidinə gəlib, buradan keçərək Avropaya üzməsindən daha səmərəli, tez və ucuz başa gəlir. Əks istiqamətdə yüklər gəmilərlə Rusiyanın Sankt-Peterburq şəhər limanına daxil olacaq, buradan isə dəmir yolu ilə Azərbaycandan tranzit keçərək Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu ilə İrana daxil olacaq. İran daxili infrastrukturunu yeniləşdirərək istiqamətləri ayırmalıdır. Yəni Avropadan Cənub-Şərqi Asiya ölkələrinə göndərilən yüklər Çabahar limanına, Körfəz ölkələrinə daşınan yüklər isə Bəndər-Abbas limanına yönəldilməlidir. Bu istiqamətdə İran bəzi infrastruktur layihələri həyata keçirməyə başlayıb. Çabahar-Zahidan dəmir yolunun çəkilişinə başlanması buna misal ola bilər. Azərbaycanın mövqeyinin səmərəliliyi ondan ibarətdir ki, hər iki istiqamətdə daşınan yüklər ölkəmizin ərazisindən keçəcək. Elə bu da İranın Azərbaycanın tranzit imkanlarından asılılığını daha da artırır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ