Cümə günü, 02 oktyabr 2026
     

Aqrar məhsullar üçün yeni bazarların tapılması zərurətə çevrilir...

Image


Azərbaycan aqrar məhsulları üçün yeni satış bazarlarının tapılmasının zəruriliyi Rusiya ilə bağlı baş verən hadisələr fonunda yenidən özünü qabarıq büruzə verir. Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("​Rosselxoznadzor”)  tərəfindən vaxtaşırı atılan addımlar da bu məsələni aktuallaşdırır.

Düzdür, sözügedən qurum 15 iyun tarixindən etibarən Azərbaycan müəssisələrindən dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verib. "​Rosselxoznadzor”un məlumatında bu xüsusda bildirilir: "​Rosselxoznadzor”un başçısı Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli arasında 10 və 11 iyun tarixlərində aparılan danışıqların nəticələrinə əsasən,  "​Rosselxoznadzor” iyunun 15-dən siyahıları Azərbaycan tərəfindən verilmiş (31 pomidor istehsal edən müəssisə və 24 alma istehsal edən şirkət) istehsal müəssisələrinə dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verilməsini mümkün sayır". Qərar azərbaycanlı həmkarların təqdim etdiyi materiallar əsasında və AQTA-nın zəmanəti ilə verilib. Malların daşınması fitosanitar sertifikatları ilə müşayiət olunan tam izlənmə ilə həyata keçiriləcək. Hər bir vaqonda bir istehsalçıdan yalnız bir növ məhsulun nəqlinə icazə verilir. 1 oktyabr 2021-ci ildən etibarən Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına keçid nəzərdə tutulur. Bundan əvvəl, bu ilin may ayında "​Rosselxoznadzor”un  30 Azərbaycan müəssisəsindən Rusiya Federasiyasına pomidor idxalına icazə vermişdi. Xüsusilə, məhsulların respublikanın Şabran, Şəmkir, Salyan, Samux, Tovuz rayonlarında, eləcə də Sumqayıt və Bakının Abşeron, Sabunçu, Nəsimi, Nərimanov, Binəqədi, Yasamal, Səbail rayonlarında yerləşən müəssisələrdən gətirilməsinə icazə verilir.

Xatırladaq ki, 10 dekabr 2020-ci il tarixindən Azərbaycandan Rusiyaya pomidor və alma idxalı müvəqqəti olaraq Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələr üçün karantin altında olan meyvə və tərəvəz məhsullarında olan zərərvericilər  səbəbindən məhdudlaşdırılmışdı. Bu fonda Azərbaycanda kənd təsərrüfatı məhsullarını istehsal edən fermerlər uzun müddət idi ki, onun satışında problem yaşayırdı. Onların sözlərinə görə, məhsulun Rusiya bazarına çıxarılması xeyli çətinləşib. Hətta ötən ay Göyçay fermerləri Ləkiciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyir ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar azalıb. Rusiyaya məhsul satışında isə "​Rosselxoznadzor” vaxtaşırı problemlər yaradır. Bundan başqa, problemin bir kökü də Azərbaycan-Rusiya sərhədində yaranan tıxacdır. Avtomobillərlə sərhədi keçmək 10-15 gün çəkir. Nəticədə məhsullar yararsız hala düşür.

Digər problem yük avtomobillərinin daşıma xərclərini artırması ilə bağlıdır. Əgər ötən il bir yük avtomobili məhsulları Rusiya ərazisinə 1500 dollara aparırdısa, bu il 4000 dollara daşıyır. Bu da alıcılar üçün əlavə çətinlik yaradır və sonda zərər fermerə dəyir. Bu halda yeni bazarların olması Rusiyadan olan asılılığı aradan qaldıra bilər.
Hazırda Azərbaycanın kənd təsərrüfatı məhsullarının əsas hissəsi Rusiyaya ixrac olunur. Lakin indi Azərbaycan çoxşaxəli ixrac modelinə keçidə hazırlaşır. Hesab olunur ki, ilk olaraq yaxın çevrəmizdə bazarlara diqqət edilməlidir. Məsələn, Orta Asiya bazarında müəyyən yer tutmaq mümkündür, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan kimi ölkələrdə bazar tapmaq Azərbaycan üçün elə də çətinlik yaratmayacaq. Bundan sonra Avropa İttifaqı bazarları əsas diqqət mərkəzində yer ala bilər. Xatırladaq ki, Bakı Avropa İttifaqı ilə geniş sazişin imzalanmasına hazırlaşr. Avropa İttifaqı ilə qeyd edilən əməkdaşlıq sazişi 2021-ci ildə imzalanarsa, Avropa bazarlarına çıxış imkanları da yaranacaq. Çünki tərəfdaş ölkələrə müəyyən güzəştlərlə Avropa İttifaqı dövlətlərinə məhsulların ixrac olunması üçün kvotalar ayrılır. İqtisadçılar hesab edir ki, ən yaxşı bazar qiymət baxımından məhz Avropa bazarıdır. Bu mənada, Azərbaycan istehsalçıları da Avropa bazarlarında özlərinə yer tapmağı orta və uzunmüddətli hədəf kimi qarşıya qoymalıdır. Burada onu da qeyd edək ki, indi Avropada daha çox geni modifikasiya edilmiş məhsullar bazara çıxarılır. Buna görə də Avropanın özü maraqlıdır ki, Azərbaycan kimi geni modifikasiya edilməmiş, təmiz məhsullar ixrac edən ölkələrə üstünlük versin. Belə ölkələrdən biri də məhz Azərbaycandır. Kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracı ilə bağlı məsələlərlə məşğul olan əsas qurumlardan biri olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPromo) Azərbaycanın 170-dən çox ölkə ilə xarici ticarət əlaqəsinin olduğunu bildirir. Qurum Azərbaycanın əsas ticarət tərəfdaşları kimi Rusiya, Türkiyə, ABŞ, Almaniya, Fransa və İtaliyanın adını çəkir. Azərbaycan qeyri-neft məhsulları arasında ən çox meyvə-tərəvəz, spirtli və spirtsiz içki, şəkər, müxtəlif yağlar, çay, plastik və kimya məhsulları ixrac edir. Qurumun kənd təsərrüfatı məhsulları üzrə bazar araşdırmaları bölməsində Baltik ölkələri, İsveçrə, Böyük Britaniya, Almaniya, Rusiya, Çin kimi ölkələrin adlarına rast gəlmək mümkündür. Ərəb ölkələri də Azərbaycan üçün mühüm bazarlardan biri ola bilər.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ