Cümə günü, 02 oktyabr 2026
     

Neft qiymətləri Azərbaycana maliyyə sahəsində yeni manevr imkanları qazandırır

Image


Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Bu fonda Azərbaycanın satdığı neftin də qiymətində artım qeydə alınır. Hazırda Azərbaycan neftinin bir barrelinin qiyməti 74 dolları keçib. Bu, neftin büdcə qiymətindən əhəmiyyətli dərəcədə artıqdır. Qiymətlərin bundan sonra da artması gözlənilir.

Beynəlxalq Enerji Agentliyinin neft bazarına dair son aylıq hesabatında deyilir ki, artıq may ayında qlobal neft təklifi aprellə müqayisədə orta hesabla 970 min barrel artaraq, gündəlik 94 milyon 280 min barrel təşkil edib. Hesabata görə, keçən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft istehsalı aprel ayına nisbətən 510 min barrel çoxalaraq, sutkada 63 milyon 510 min barrel olub. Məhz bu fonda ABŞ-ın “Goldman Sachs” sərmayə bankı son vaxtlar peyvəndləmənin daha geniş vüsət alması ilə dünya üzrə iqtisadi fəaliyyətlərin və neftə tələbatın artmasını əsas götürərək, yay aylarında “Brent” markalı neftin 80 dollara çatacağını proqnozlaşdırır. Ötən həftə “Brent” markalı neftin qiyməti son iki ilin ən yüksək həddi olan 72,93 dollara çatıb. Bu da cari ilin ikinci yarısında tələbatın artacağına dair gözləntilərdən irəli gəlir. May ayında dünya bazarında neftə gündəlik tələbatın 1,5 milyon barrel artaraq 96,5 milyon barrelə çatdığı, avqust ayında isə 99 milyon barrelə çatacağı bildirilir. Həmçinin, İrana qarşı sanksiyaların ləğvinə dair aparılan danışıqların ləng getməsi nəticəsində də qiymətlər yüksək səviyyədə qala bilər. İranın neft ixracatının payızdan tez bərpa olması inandırıcı görünmür. Beynəlxalq Enerji Agentliyi bununla bağlı qeyd edir ki, gələn il qlobal neft tələbatı pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq. Quruma görə, 2022-ci ilin sonunda qlobal neft tələbatı koronavirus epidemiyasından əvvəlki səviyyəyə qayıdacaq və bu illə müqayisədə gündəlik 3,1 milyon barrel artacaq. Qlobal neft tələbatının 2022-ci ilin sonunda gündəlik 100,6 milyon barrelə çatacağı gözlənilir. Hesablamalara əsasən, xam neft tələbatının bərpa olunması və qiymətlərin koronavirusdan əvvəlki səviyyəyə çatması fonunda dünyanın ən böyük 10 neft şirkəti ilin ilk rübündə 46,5 milyard dollar gəlir əldə edib. Dünyada virusa qarşı vaksinasiya prosesinin sürətlənməsi və yoluxma sayının azalması ilə Avropa ölkələri və ABŞ da daxil olmaqla bir çox bölgədə məhdudiyyətlər aradan qaldırılmağa başlanıb. Qlobal iqtisadiyyatlar epidemiyanın mənfi təsirlərindən qurtulmağa başladıqca, neft tələbatı da bərpa prosesinə qədəm qoyub.

OPEC+ ölkələrinin qrafikə uyğun tədarük siyasətinin təsirilə neft qiymətlərinin epidemiyadan əvvəlki səviyyələrə qayıtması neft şirkətlərinin balans hesabatlarına da müsbət təsir göstərir. Şirkətlərin səhmləri və bazar dəyərləri ilə bağlı məlumatlara görə, “ExxonMobil”, “Chevron”, “Total”, “Royal Dutch Shell”, BP, “Eni”, “Equinor”, “LUKoil”, “Rosneft” və “Saudi Aramco” kimi neft nəhənglərinin ümumi mənfəəti bu ilin ilk rübündə 46,5 milyard dollar olub. Azərbycanda da iş aparan BP qazancını ən çox artıran şirkət olub. Keçən ilin ilk rübündə 4,4 milyard dollar zərər etdiyini açıqlayan şirkət bu ilin eyni dövründə təxminən 4,7 milyard dollar mənfəət əldə edib. Keçən ilin yanvar-mart aylarında 6,3 milyard dollar zərər etdiyini bildirən Rusiyanın “LUKoil” neft şirkəti isə cari ilin ilk rübündə 2,1 milyard dollar qazanıb. Bu ilin birinci rübündə “Saudi Aramco” 21,7 milyard dollar, “ExxonMobil” 2,7 milyard dollar, “Shell” 5,7 milyard dollar, “Chevron” 1,4 milyard dollar, “Rosneft” 2 milyard dollar, “Eni” 1 milyard dollar, “Equinor” 1,8 milyard dollar və “Total” 3,3 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb. Azərbaycan da bu fonda neft satışından böyük həcmdə gəlir edənlər sırasında yer alır. Digər tərəfdən, bəzi parametrlər baxımından Azərbaycan neftinə tələbin daha da artması gözlənilir. Çünki ölkəmizdə hasil edilən neft tərkibindəki kükürd səviyyəsi baxımından yüngül sayılır. Qarşıdakı aylarda isə, məhz yüngül neftə tələbat artacaq. Belə ki, qarşıdakı dövrdə yol-nəqliyyat yanacağının növlərinə tələbat müşahidə olunacaq. Bu da yüngül neftlə hazırlanır. Azərbaycan üçün indi neftin dünya bazar qiyməti kifayət qədər əhəmiyyətlidir. Çünki ixracatın yarıdan çoxunu neft və neft məhsulları təşkil edir. Bu mənada, ölkəyə daxil olan valyutanın həcminə təsir göstərən amillərdən biri də neftin dünya bazar qiymətidir. Bu, ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək. Bununla da həm Dövlət Neft Fondunun gəlirlərində artımlar olacaq, həm də fond bu il öhdəliklərini yerinə yetirdikdən sonra aktivlərin həcmini artıra bilər. Qeyd edək ki, son illər Azərbaycan üçün əsas prioritetlərdən biri valyuta ehtiyatlarının və Dövlət Neft Fondunun aktivlərinin qorunub saxlanmasıdır. Ona görə də neftin dünya bazar qiyməti Azərbaycan üçün maliyyə baxımından əhəmiyyətlidir. Bu, dövlət gəlirlərinin artmasına imkan yaratmaqla, Dövlət Neft Fondunun və bütövlükdə strateji valyuta ehtiyatlarımızın cari ildə artması ilə nəticələnəcək.

Bundan başqa xatırladaq ki, hazırda dövlətimiz tərəfindən Qarabağın işğaldan azad edilən bütün ərazilərində yenidənqurma işlərinə başlanıb. Suqovuşana yol çəkilib, Füzulidə hava limanı inşa olunur, şəhərlərin yeni baş planları hazırlanır, digər kommunal infrastrukturun bərpası istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ümumiyyətlə, Qarabağda müasir infrastrukturun yaradılması bölgənin inkişafının əsas strateji istiqamətlərindən biridir. Çünki bunsuz ərazinin sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil. Bütün bunlar həm də Qarabağ bölgəsini bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün geniş imkanlar açacaq. Dövlət büdcəsindən də quruculuq işləri üçün 2,2 milyard manat ayrııb. Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın dirçəlməsi prosesinə töhfə vermək üçün Qarabağ Dirçəliş Fondunun yaradılması da mühüm hadisədir. Fond işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, güclü iqtisadiyyat və yüksək rifaha malik bölgəyə çevrilməsi istiqamətində həyata keçirilən layihələrə maliyyə dəstəyi göstərəcək. Bütün bunlar fonunda neftin qiymət artımı isə Azərbaycanın azad edilmiş ərazilərin bərpasına daha çox vəsait yönləndirməsinə imkan verir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ