Banklarımızda 500 avroluq əskinaslarla bağlı nə problem var...

Əkrəm Həsənov: “Azərbaycanda bankların xarici valyuta mübadilə əməliyyatı aparmaq vəzifəsi yoxdur”

img

Azərbaycan banklarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna qadağa qoyub və ya komissyon faiz tələb edir. Vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparmaq istəsə, sözügedən pul nişanının bank tərəfindən qəbul edilmədiyi bildirilir. Vətəndaşlar xaricdə yaşayan qohum-tanışları, təhsil alan övladları üçün 500 avroluq əskinası göndərməkdə çətinlik çəkirlər. Ancaq onu da qeyd edək ki, 500 avro müştəriyə bank tərəfindən verilir.

 

Onu da vurğulayaq ki, məlum problem bir neçə ildir ölkəmizdə yaşanır.

  • “Banklar 500 avroları toplayıb sonda Avropaya dəyişmək üçün aparmalıdırlar, bu çətinliklərə görə sözügedən əskinası qəbul etmirlər”

Məsələ ilə bağlı fikir bildirən bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov dedi ki, 500 avroluq əskinas dövriyyədən çıxarılsa da, Avropa bankları mübadilə üçün qəbul edirlər: “Ancaq buna baxmayaraq, Avropada 500 avro ilə heç bir yerdə ödəniş etmək olmur. Bu baxımdan da 500 avro Avropada dövriyyədən çıxarıldığı üçün digər ölkələrin banklarında da, faktiki olaraq, onlardan istifadə etmək bizdə olduğu kimi sərf etmir. Vətəndaşın da ixtiyarı var ki, ona 500 avro əskinas verəndə qəbul etməsin. Ancaq bizdəki bankları da başa düşmək olar, çünki bank sonra 500 avronun taleyini düşünür. İstər bank, istərsə də vətəndaş 500 avronu məcburi Avropaya aparıb dəyişməlidir. Buna görə də aydındır ki, banklarımız 500 avroları toplayıb sonda Avropaya dəyişmək üçün aparmalıdırlar. Bu çətinliklərə görə Azərbaycanda banklar sözügedən əskinası qəbul etmirlər”.

Həmsöhbətimizin sözlərinə görə, banklar 500 avronu qəbul edib, bunun əvəzində isə müəyyən miqdarda komissiya xərci tələb edə bilərlər. Hansı ki, bunu edirlər. Bunun da müqabilində Avropaya gedərək mübadilə üçün çəkəcəkləri xərci qarşılamaq olar.

Vətəndaşların bankların onlara verdiyi 500 avroluq əskinası götürməməsinə gəlincə, mütəxəssis bildirdi ki,  Azərbaycanda bankların xarici valyuta mübadilə əməliyyatı aparmaq vəzifəsi yoxdur: “Vətəndaşlar götürməyə bilər, ancaq bank da başqa əskinasının  olmadığını deyə bilər. Yalnız öz banklarımızdan milli valyutanı tələb edə bilərik”.

Günel CƏLİLOVA

Son xəbərlər