Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dindarları Dağlıq Qarabağ uğrunda səfərbər olmağa çağırıb. APA-nın məlumatına görə, QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə Şeyxülislam bildirib ki, dindarlar da vətən uğrunda özlərini əsgər yerində görməlidirlər, çünki dində Vətəni qorumaq imandandır.