Yaponiyada "Böyük Yeddiliy”in Sammiti öz işinə başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, Sammit Yaponiyanın Xonsyu adasında Mie prefekturasında keçirilir. İkigünlük Sammitin əsas muzakirə mövzularını iqtisadiyyat və ticari problemlər təşkil edir. Bununla bərabər, dünya iqtisadiyyatının 7 aparıcı ölkəsinin liderləri investisiya siyasəti, enerji məsələləri, miqrant böhranı, terrorla mübarizə və iqlim dəyişikliyi kimi bu günün qlobal problemlərinə də nəzər salacaqlar. Eyni zamanda, Şimali Koreyanın nüvə silahı məsələsinə də xüsusi diqqət yetiriləcək. Bundan başqa, Rusiyanın Ukraynadakı fəaliyyəti və Yaxın Şərqdəki vəziyyət ətrafında da müzakirələrin aparılacağı bildirilir.
Sammitin yekun deklarasiyası 27 may tarixində dərc olunacaq.