Portuqaliya mətbuatı ölkənin kəşfiyyat orqanının informasiya xidmətinin yüksək çinli rəsmisi Federiko Korvalyonun həbsi barədə məlumat yayıb.
Baki-xeber.com-un Eadaily-ə istinadən xəbərinə görə, o, Rusiya kəşfiyyatına işləməkdə suçlu bilinir. Belə ki, iddiaya görə, sanballı məbləğ qarşılığında o, Avropa İttifaqı və NATO-ya aid məxfi materialları Rusiya tərəfinə satırmış. Ölkənin əks-kəşfiyyat idarəsi - SIRP-in (Sistema de Informacoes da Republica) əməliyyatı nəticəsində ifşa olunan Korvalyonun 2014-cü ildən Rusiya kəşfiyyatı ilə əlaqə qurduğu deyilir. Ötən həftənin şənbə günü Korvalyo Romada elə "iş başında” – Rusiya kəşfiyyatının üzvünə məxfi materialları verərkən ələ keçib. Üstəlik, onunla bərabər Rusiyanın adamı da yaxalanıb. Belə ki, onun diplomatik toxunulmazlığı olmayıb. Onların hər ikisi Avropa İttifaqına qarşı şpionaj maddəsi üzrə mühakimə olunacaq.