Türkiyə Silahlı Qüvvələri Qaziantəpin Suriya sərhədindəki İslahiye mahalına dəmiryolu vasitəsiylə 16 ədəd "Fırtına" topu göndərib.
Baki-xeber.com-un xəbərinə görə, bu, son zamanlar PYD/PKK terrorçularının bölgədə aktivləşməsi ilə bağlıdır. Artıq zirehli texnika əraziyə çatıb və yaxın zamanlarda Türk ordusunun həmlələri gözlənir.
Terrorçular Kilis qəsəbəsinin qarşı tərəfində yerləşən Azez qəsəbəsinə hücum edib. Qadın, uşaq və doğum evi ilə məktəb həyətinə atılan bombalar nəticəsində 15 nəfər həyatını itirib, 50-dən artıq insan yaralanıb. Yaralılardan 20-si Suriya ərazisindən Türkiyəyə gətirilərək xəstəxanaya yerləşdirilib. Yaralı və ölü sayının artacağı istisna edilmir.
Türkiyə milli müdafiə naziri İsmət Yılmaz bəyan edib ki, PYD/PKK terrorçuları tərəfindən edilən hücumlara cavab olaraq Türkiyə Silahlı Qüvvələri Azez qəsəbəsini bombalayır.