Ermənistanda Avro-Asiya İqtisadi İttifaqının mayın 31-nə planlaşdırılan növbəti toplantısının Qazaxıstanda keçirilməsinə etirazlar səslənir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə erməni mətbuatında təklif səslənib. Belə ki, aprel ayında qurumun İrəvanda keçiriləcək toplantısının dördgünlük müharibə səbəbindən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifilə təxirə salınması ermənilərdə qıcıq yaradıb. İndi isə bu ölkədə, Qazaxıstanda torpaq islahatları ilə bağlı narazılıqlar əsas gətirilərək, toplantının Qazaxıstanda keçirilməsinə etiraz çağırışları səslənir.