Dağıstanda silahlılar polisə hücum edib. Baki-xeber.com-un vesti.ru-ya istinadən xəbərinə görə, nəticədə radioötürücü stansiyanın binası partladılıb.
Respublikanın hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi xəbərə görə, insident Qor Şamil rayonunda baş verib. Belə ki, bir qrup silahlı əvvəlcə radioötürücü binanın texniki personalını atəşə tutub, ardınca isə binanı partladıb. Bu əsnada silah səslərinə operativ şəkildə yetişən polis bölüyü də atəşə məruz qalıb. Qısa sürən atışmanın ardından quldur dəstəsi dağlıq-meşəlik ərazidə gözdən itməyi bacarıb.
Mülki əhali arasında zərərçəkən olmadığı bildirilir.