Türkiyənin cənub-şərqindəki Mardin vilayətində partlayış törədilib.
Jandarm postunun yaxınlığında avtomobilə quraşdırılmış bombanın partlaması nəticəsində 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.”Trend”-in Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, həlak olanlardan biri hərbçi, iki nəfəri isə mühafizəçidir.
Mardin vilayətində PKK terrorçularına qarşı əməliyyatlar keçirilir.