Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.
Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub. X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT-nin İşçi qrupunun baş məruzəçisi Setondci Roland Adcovi deyib. O qeyd edib ki, bu, müsbət haldır: "Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz hələ ki, məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatda qeyd edəcəyik".
Ali Məhkəmənin Xədicə İsmayılovanın azadlığa buraxılması ilə bağlı verdiyi qərar icra olunub. X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Həbsdə olan jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT-nin İşçi qrupunun baş məruzəçisi Setondci Roland Adcovi deyib.
O qeyd edib ki, bu, müsbət haldır: "Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz hələ ki, məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatda qeyd edəcəyik".