"Vyana görüşündə qeyd edildiyi kimi, hərtərəfli və substantiv danışıqlara başlamaq üçün Azərbaycan xarici işlər naziri ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxın vaxtlarda görüşə hazırdır”. Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev amerikalı həmsədr Ceyms Uorlikin prezidentlərin iyun görüşündən əvvəl həmsədrlərin xarici işlər nazirləri ilə görüşmək niyyəti ilə bağlı açıqlamasına cavab olaraq deyib.