Azərbaycan mətbuatının 141 illiyi ərəfəsində jurnalistlərə ev verilməyəcək. Bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, jurnalistlər üçün yeni binanın tikintisi davam edir: "Tikintinin bu ilin sonuna kimi başa çatması planlaşdırılır. Mənzillərin jurnalistlərə paylanması məsələsinə bundan sonra baxılacaq".