Əfqanıstanın "Taliban” hərəkatının yeni lideri elan olunub. Baki-xeber.com-un "Reuters”ə istinadən xəbərinə görə, bu, Haybatulla Axundzadədir.
Buna qədər Axundzadə hərəkatın məhkəmə sisteminə rəhbərlik edib və eyni zamanda hərəkatın lideri olmuş, bu günlərdə ABŞ HHQ-nin hava zərbələri nəticəsində öldürülən Molla Mənsurun müavini olub. Hərəkatın nümayəndəsinin sözlərinə görə, son illərdə Kabildə bir neçə partlayış törətmiş Siracəddin Haqqani və "Taliban”ın daha əvvəlki liderlərindən birinin oğlu Muhamməd Yaqub Axundzadənin müavinləri təyin olunub.