Ermənistan bir neçə gündür aktiv tsiklonun təsiri altındadır. Baki-xeber.com-un xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında "Armqidromet” meteoroloji xidmət mərkəzinin rəhbəri Qagik Surenyan deyib.
Onun sözlərinə görə, ən güclü külək İrəvanda və Gümrüdə qeydə alınıb. Surenyan deyib ki, Gümrü tornadonun bir addımlığından dönüb. Belə ki, külək 2-3% də artcaydı tornado qaçılmaz olacaqdı.
Qeyd edək ki, bu respublika üzərində tsiklon qalmaqda davam edir və xeyli dağıntılar qeydə alınıb.