90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə qeydə alınan namizədlərin adları məlum olub. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb. 14 nəfərin hər birinin namizədliyi təsdiq olunub və onlara imza vərəqələri verilib. 11 nəfər imza vərəqələrini geri qaytarıb və onlardan 6 nəfərin namizədliyi qeydə alınıb.
Qeydə alınanlar namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmüş Cavid Osmanov, Ümid Partiyasından irəli sürülmüş İqbal Ağazadə, bitərəf namizədlər Əli Haqverdiyev, Anar İbrahimli, Rəşad Gözəlov və Rəşad Abdullayevdir.