"Azərbaycan Avropa İttifaqının strateji partnyoru sayılmalıdır”. Bu sözləri Macarıstanın xarici ticarət naziri Peter Siyarto deyib.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, macar nazir Şərq əməkdaşlığı üzrə Azərbaycanla təcili razılaşma imzalamağa çağırıb. "Bu ölkə Xəzər dənizinin sahilində yerləşir və Avropanın enerji mənbələrinin diversifikasiyasında açar rolunu oynaya bilər. O üzdən Azərbaycan Avropa İttifaqının strateji partnyoru sayılmalıdır”- o qeyd edib.