23 may 2016-cı il tarixdə Nizami rayonu Uşaq - Gənclər Yaradıcılıq Mərkəzində "Fiziki hazırlıq” dərnəyinin üzvləri 28 May – Respublika Günü münasibətilə "Şən startlar” idman yarışı keçirib.
Yarışda mərkəzin rəhbərliyi və valideynlər iştrak edib. Tədbiri giriş sözü ilə "Kütləvi işlər" şöbəsinin müdiri Ellada Zülfüqarova açaraq, gənc idmançıları salamlayıb. Sonra "Fiziki hazırlıq” dərnəyinin rəhbəri Rəşad Mehtiyev yarışın şərtlərini açıqlayıb. Dərnək üzvlərindən ibarət "Mübarizlər”,"Cəngavərlər”,"Qartallar” komandaları maraqlı və gərgin yarış nümayiş etdiriblər. Yarışda "Mübarizlər”komandası – I, "Cəngavərlər” – II, "Qartallar”komandası isə III yeri qazanıb.
Tədbirin sonunda komandaların hər bir üzvünə medallar, komanda kapitanlarına isə fəxri fərmanlar təqdim olunub.
İradə