İstanbulun Dolmabağça sarayında Dünya
Humanitar Sammitində iştirak edən yüksək
səviyyəli qonaqların şərəfinə ziyafət verilib.
Baki-xeber.com-un Prezidentin rəsmi İnternet
səhifəsinə istinadən verdiyi xəbərə görə, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın adından verilən ziyafətdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva da iştirak edib.