Bu gün Rusiyanın Krasnoyarsk vilayətində iri qızılçıxarma mədənlərindən olan AO”Polyus”da qəzabaş verib.
Baki-xeber.com-un xəbərinə görə, mədənin "Vostoçnıy” adlanan hissəsində layın çökməsi nəticəsində 154 nəfər fəhlə təcrid vəziyyətində qalıb. Xoşbəxtlikdən, onların heç biri xəsarət almayıb. Hazırda mədəndə regional FHN-in axtarış-xilasetmə briqadası işləyir.
Artıq fəhlələrdən 89 nəfərinin xilas edildiyi xəbər verilir.