Bu gün İstanbulda öz işinə başlayan Ümumdünya Humanitar Sammitində İştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Sammit çərçivəsində Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüş keçirib.
Baki-xeber.com-un Ukrayna prezidentinin rəsmi saytından aldığı məlumata görə, iki ölkə başçısı arasında baş tutan görüşdə Poroşenkonun Bakıya səfərinin hazırlıqları müzakirə olunub. Prezidentlər yaxın zamanlarda tıcari-iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan dövlətlərarası birgə komissiyasının iclasının keçirilməsi barədə razılığa gəliblər.