"Hazırda regionda digər böyük təhlükə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasıdır”.
Baki-xeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var: "Hazırda regionda digər böyük təhlükə Ermənistanın "Metsamor” Atom Elektrik Stansiyasıdır. Ermənistanın bu stansiyanın radioaktiv tullantılarından qanunsuz istifadə etməsi ilə bağlı məlumatlar var. Ermənistanın parlament rəsmiləri, siyasətçiləri aprel ayında elan etdilər ki, ölkənin nüvə silahı - "çirkli bomba”sı var. Buna beynəlxalq ictimaiyyət tərəfindən reaksiya verilməlidir. Ermənistanın nüvə təhdidi dayandırılmalıdır”.