Bu gün İstanbulda Ümumdünya Humanitar Sammiti öz işinə başlayıb. İki gün davam edəcək Samiitə, artıq xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da qatılıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Sammitdə Fələstin prezidenti Mahmud Abbas, Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir, Tunisin baş naziri Həbib əs-Səid, Livanın baş naziri Tamam Salam, Mavritaniya prezidenti Muhammed Valid Abdelaziz və başqaları qatılıb.
Ümumilikdə Sammitə 60-dan çox ölkənin dövlət və hökumət başçılarının qatılacağı bildirilib.