Vaşinqtonda Ağ Ev ətrafında silah səsləri eşidilir. Baki-xeber.com bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, NBC Washington bir nəfərin yaralanması barədə məlumat verib. Lakin onun durumu ilə bağlı heç bir açıqlama verilmir. Vaşinqton polisi Ağ Ev yaxınlığında silahlı insident faktını təsdiqləyib. Hazırda polisin Ağ Evi əhatəyə aldığı xəbər verilir.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın Vyetnam səfəri artıq başladığından o Ağ Evdə deyil.