Prezident Ərdoğan hakim partiyanın yeni baş katibinə hökuməti formalaşdırmaq görəvi verdi
Mayın 22-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçirilib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımın Ədalət və İnkişaf Partiyasına sədrliyə namizədliyi səsə qoyulub və o, AKP-nin sədri seçilib.
Bunun ardınca Ankarada Prezident Sarayında Rəcəb Tayyib Ərdoğanla Binali Yıldırım arasında bir saata yaxın sürən görüş olub. Dövlət başçısı Yıldırımı hakim partiyanın liderliyini qazanması münasibətilə təbrik edib və ona yeni 65-ci hökumətin formalaşdırılması üçün mandat verib.