Pentaqon Əfqanııstanda Amerika HHQ-nin hücumu nəticəsində "Taliban” lideri Molla Mənsurun məhv edildiyini xəbər verib.
Baki-xeber.com-un "Regnum”-a istinadən xəbərinə görə, silahlı qrupun baş komandiri Molla Abdul Rauf liderlərinin öldürüldüyünü təsdiqlyib. Bu barədə o, bu gün "Associated Press”ə açıqlamasında bildirib. Raufun sözlərinə görə, Amerika HHQ mayın 20-də Əfqanıstanın Pakistanla sərhəd rayonlarına aviazərbələr endirib. Əfqanıstan prezidentinin mətbuat xidmətinin rəhbəri Əşrəf Qəni də aviazərbə faktını təsdiqləyib. Lakin talib liderinin öldürülməsinə gəldikdə, "güman edirik ki, o ölüb” deyə bildirib.
Qeyd edək ki, pentaqon aviahücumun dərhal ardından keçirdiyi əməliyyat haqqında açıqlama yayıb və taliblərin lideri Molla Mənsurun Pakistanın Ahmed Valem rayonunda məhv edildiyini xəbər verib. Lakin Əfqanıstan mətbuatı faktı təkzib edərək yazıb ki, öldürülən talib lideri deyil, bir taksi sürücüsü və onun sərnişinidir.