Əfqanıstanın şimalındakı Pərvan əyalətində NATO konvoyu intiharçı hücumuna məruz qalıb.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, terakt Baqram rayonunun Nesro məntəqəsində baş verib. Hadisə yeri NATO qüvvələri tərəfindən əhatəyə alınıb. Ölü və yaralı sayı haqqında məlumat verilmir.
Xəbərdə o da bildirilir ki, NATO-nun Əfqanıstandakı "Qərarlı dəstək” missiyası ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı ən iri bazası qarşısında terakt faktını təsdiqləyib.
Terror aktının məsuliyyətini "Taliban” öz üzərinə götürüb.