Naməlum silahlı şəxs "Ağ Ev”ə yaxınlaşaraq mühafizəçilərə atəş açıb. Baki-xeber.com "The Washington Post”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb. Ağır vəziyyətdə olan yaralı xəstəxanaya çatdırılıb.
Xəbərə görə, artıq insidenti törədən şəxs saxlanılıb. Onun Pensilvaniyadan olan Cessi Oliveri olduğu məlum olub. Oliverinin "Ağ Ev”ə yaxınlaşdığı maşında aparılan axtarış zamanı 22 kalibrli silahın patronları aşkarlanıb. Silahlı şəxsin insidenti törətməkdə məqsədi açıqlanmır.
Hadisə baş verən zaman prezident Barak Obamanın "Endryus” hərbi bazasında olduğu bildirilir.