Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda binada yanğın baş verib.
Baki-xeber.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 180 kv.m olan 4 otaqlı mənzilin dəhlizində 4 kv.m sahədə döşəmə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. Xəsarət alan yoxdur.