Rusiya xüsusi xidməti Qazaxıstanda silsilə terror aktlarının qarşısını alıb.
Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya FTB-nin direktoru Aleksanr Bortnikov məlumat verib. Minskdə verdiyi açıqlamada o bildirib ki, hələ fevral ayında rəhbərlik etdiyi qurum Rusiyanın bir sıra şəhərlərində Paris ssenarisi üzrə terror aktları törətməyi planlaşdıran qanunsuz silahlı dəstənin izinə düşüb. Cinayətkar dəstə planlaşdırdığı terror aktlarını həyata keçirdikdən sonra Suriyaya gedib İŞİD-ə qoşulmaq fikrində imiş.