Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatlarını (PUA) vurublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, mayın 19-da saat 13:20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.
PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.