ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Baki-xeber.com-un Erdaily saytına istinadən xəbərinə görə, mayın 18-də axşam saatlarında baş tutan telefon görüşməsinin əsas mövzusunu Suriya problemi təşkil edib. "İslam dövləti” terrorçu təşkilatı ilə mübarizənin gücləndirilməsinin zəruriliyini vurğulayan prezidentlər Türkiyədə və Avropada artan terakt təhlükələrinə qarşı təxirəsalınmaz addımların atılmasının önəmini qeyd ediblər. Eyni zamanda danışıqlarda Suriyada atəşkəs rejiminin uzadılması və münaqişənin siyasi yolla həlli müzakirə mövzusu olub.