"Silk Way” aviaşirkətinin yük təyyarəsi Əfqanıstanda qəzaya düşüb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, hadisə nəticəsində 9 ekipaj üzvündən 7 nəfəri həlak olub. 2 nəfər yaralının Ukrayna vətəndaşları olduğu bildirilir. İlkin məlumata görə, hadisə Əfqanıstanın Gilmənd əyalətində "Silk Way” aviakompaniyasından icarəyə götürülmüş An-12 təyyarəsilə yükdaşıma həyata keçirilən zaman baş verib.
Ekipaj üzvlərindən 1 nəfərin (kapitan) Özbəkistan, 3 nəfərin Ukrayna, 5 nəfərin isə Azərbaycan vətəndaşı olduğu xəbər verilir.