Parisdən Qahirəyə uçan təyyarə bu gün saat 02:45-də qəfil radarlardan itib.
Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, hadisə təyyarənin yerə enməsinə 20 dəqiqə qalmış baş verib. "EgyptAir” aviakompaniyasının vitse-prazidenti Ahmed Abdel ekipajın heç bir qəza çağırışı etmədiyini deyib. Xəbərə görə, təyyarə ilə əlaqə itərkən o, 11 min metr yüksəklikdə olub. Radioəlaqəyə isə ekipaj radarlardan itməzdən 10 dəqiqə əvvəl çıxıb.
Hazırda təyyarənin tapılması üzdə operativ qərargah yaradılıb və onun düşmə ehtimalı olan əraziyə axtarış-xilasetmə qrupu göndərilib.
Rəsmi məlumata görə, Aralıq dənizi üzərində uçarkən radarlardan itən təyyarədə 56 sərnişin, o cümlədən 3 uşaq və 7 nəfər ekipaj üzvü olub.