"Associated Press”in Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünə dair hazırladığı materialda Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisinin 12.000 kvadrat kilometr göstərilməsi faktı ilə əlaqədar etirazımız agentliyə çatdırılıb".
Bunu APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisi 4.400 kv. km-dir: "İşğal olunmuş digər ətraf rayonların ərazisi isə 12.6000 kv.km-dir. Ümumilikdə işğal olunmuş Azərbaycan ərazilərinin sahəsi 17.000 kv. km-dir və bu da ölkəmizin ərazisinin 20 faizini təşkil edir”.