Hələ də Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-in indiki vəziyyətini nəzərə alaraq, onunla bağlı nə isə etmək lazımdır.
Bunu "Trend”-ə politoloq, Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Təhlükəsizlik Mərkəzinin baş elmi əməkdaşı Vladimir Yevseyev deyib.
Onun sözlərinə görə, tamamilə təhlükəsiz olan yeni növ qiqavat reaktorunun dəyişdirilməsi ideal variant ola bilər: "Metsamor" AES əvvəlcə hər biri 400 meqavat olan iki reaktordan ibarət idi. Onlardan biri istismardan çıxarıldı, bundan sorna Rusiya 1 qiqavat elektrik enerjisi hasil edə bilən yeni stansiya tikməyi təklif etdi".
V.Yevseyev qeyd edib ki, problem Ermənistanda bu elektrik enerjisini istehlak edənlərin olmamasından ibarətdir.